“Paşinyanın istefasını tələb edəcəyimiz zaman...” Edmon Marukyan

"Parlaq Ermənistan" partiyasının öz gündəliyi var. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri "Parlaq Ermənistan" partiyasının rəhbəri Edmon Marukyan bu gün jurnalistlərə verdiyi müsahibədə jurnalistlərin, "Rodina", "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun" partiyalarına qoşulmaq, hökumətin istefasını tələb etmək niyyətində olub-olmadıqları sualını cavablandırarkən deyib.

“Baş nazirin istefasını tələb etmək qərarına gələn kimi bu qərarı belə qəbul etməyəcəyik, parlamentdə impiçment proseduru təşkil edəcəyik”, deyə partiya rəhbəri jurnalistlərin suallarını cavablandırıb.

Edmon Marukyan əlavə edib ki, onun istefa tələbi zamanı mütləq istefa verləcək. “İstefa tələb edərəmsə, onlar mütləq istefa etməlidirlər. Təbii ki, tələb etmirəmsə, deməli, şərtlər və məqam hələ yetişməmişdir", deyə Edmon Marukyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə