“Ermənistan hakimiyyətində siyasi mədəniyyət yoxdur” Arman Abovyan

Əslində, Ermənistan hakimiyyətinin Sarukyanın səsləndirdiyi bütün problemlərə mənalı bir cavabı yoxdur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumat istinadən xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan bu gün parlamentdə jurnalistlərə verdiyi müsahibəsi zamanı deyib.

"Şəxsi xarakterli qeyri-obyektiv açıqlamalara gəldikdə, təəssüf ki, Paşinyan hakimiyyəti siyasi bir səviyyəni, səviyyəsizliyini nümayiş etdirir", deyə Arman Abovyan açıq şəkildə Ermənistan hakimiyyətini tənqid atəşinə tutub.
Onun fikrincə, siyasi danışıq mədəniyyəti olmalıdır.

“Razılaşmadığımız və ya tənqid etdiyimiz zaman ən azı adekvat bir cavab və ya müzakirə gözləyirik. Ancaq bu belə deyilsə, deməli, Ermənistan hakimiyyətində siyasi bir mədəniyyət yoxdur və ya etiraz ediləcək bir şey də yoxdur. Əslində məlum olur ki, bu cür bəyanatlarla səlahiyyətlilər Qaqik Sarukyanın bütün tənqidi tezislərini təsdiqləyirlər”, deyə Arman Abovyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...