Ermənistan parlamenti dünya ictimaiyyətini aldadır Tural Gəncəliyev

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsinə münasibət bildirib. SİA-nın məlumatına görə, T.Gəncəliyev deyib ki, qanun layihəsi tamamilə dünya ictimaiyyətini aldatmağa, çaşdırmağa yönəlib:

“Ermənistan son zamanlar Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün bu cür aldadıcı və fikiryayındırıcı addımlar atır. Ermənistan parlamenti bu qanun layihəsi ilə qondarma soyqırımı məsələlərini tez-tez gündəmə gətirir. Amma Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən tərəf kimi onların bu qanun layihəsini gündəmə gətirməsi gülüncdür”.

İcma sədri vurğulayıb ki, Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyan bilavasitə Xocalıda soyqırımı törətmiş, əlləri qana batmış şəxslərdir:

“Düşünürəm ki, Ermənistan parlamenti qanun layihəsi qəbul etmək əvəzinə Sarkisyan və Koçaryanın soyqırımı cinayətlərində iştirakını mühakimə etsinlər. Onlar bu zaman səmimi görünə bilərlər. Yoxsa, bu formada soyqırımından danışan erməni tərəfinin fikirləri qeyri-səmimi görünür”.

Bütün xəbərlər Facebook səhifəmizdə