Avropa Birliyi Bəşər Əsədin qardaşını “qaralayıb”

Avropa Birliyi Bəşər Əsədin qardaşını “qaralayıb”
Avropa Birliyinin (AB) Suriya ilə bağlı sanksiyaları qüvvəyə minib. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə,  sanksiyalarla üzləşən şəxslər arasında Suriya rəhbərliyinə daxil olan 12 nəfər var. "Qara siyahı"da həmçinin ölkə başçısının qardaşı, respublika qvardiyasının komandanı Maher Əsədin adı da var. AB müxalifət tərəfdarları tərəfindən keçirilən nümayişlərin yatırılmasında prezidentin qardaşının əlinin olduğunu bildirir.
Eyni zamanda Suriya hökuməti BMT-nin humanitar missiyasını artıq üçüncü gündür ordu ilə nümayişçilər arasında döyüşlərin davam etdiyi Dəraa şəhərinə buraxmır. Missiya şəhərdəki humanitar vəziyyəti öyrənmək niyyətində olsa da, buna imkan verilməyib. Hazırda ali qurumun nümayəndələri Suriya hökumətilə bu qadağanın səbəblərini aydınlaşdırmağa çalışır.
Qeyd edək ki, Suriyada xeyli vaxtdır müxalifət tərəfdarları ilə hökumət qüvvələri arasında amansız toqquşmalar gedir. İndiyədək toqquşmalarda 500-dən artıq insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə