YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyi Ofisinin fəaliyyəti müzakirə edilib

Bu gün müasir Azərbaycan gəncləri öz siyasi fəaliyyətlərini Yeni Azərbaycan Partiyası ilə bağlayır, ümummilli lider Heydər Əliyevin şəxsi qətiyyəti və iradəsi sayəsində qurub-yaratdığı siyasi təşkilatın sıralarını genişləndirirlər. SİA-nın verdiyi məlumata görə, gənclərin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs amallar dayanır. Çox sevindirici haldır ki, partiya sıralarına axın edən gənclərimiz həm özlərinin ictimai fəaliyyətləri üçün çox geniş meydan əldə edir, həm də Azərbaycan cəmiyyətinin inkişafına töhfələrini vermək imkanı qazanırlar.

Bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev təşkilatın Gənclər Birliyi Ofisinin fəaliyyətinin və yeni layihələrin müzakirəsi ilə bağlı keçirilən tədbirlər bildirib.

Bütün sahələrdə gənclərimiz üçün geniş perspektivlər açılıb. Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir - deyə bildirən milət vəkili Naqif Həmzəyev vurğulayıb ki, gənclərimiz də hər zaman ölkə Prezidentimizin ətrafında sıx birləşir, dövlət başçımızın uğurla həyata keçirdiyi siyasəti dəstəkləyirlər.

Millət vəkili ölkəmizdə COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərində, qəbul edilən qərarların müsbət nəticələrindən, əldə edilən uğurlarda, eləcə "gözəgörünməz düşmən"ə qarşı aparılan profilaktik və qabaqlayıcı tədbirlərdə partiya fəallarının xüsusi rolu olduğunu vurğulayıb:"Gənclərimiz sosial həmrəylik nümayiş etdirmələri üçün bütün imkanlardan istifadə etdilər. Sosial şəbəkələrdə, yaşadıqları ərazilərdə, əhali arasında virusdan qorunmağın yolları barədə tövsiyələr verməklə görülən işlərin daha səmərəli nəticə verməsinə töhfələrini verirlər".

İyulun 12-də işğalçı Ermənistan hökumətininTovuz istiqamətində törətdikləri təxribatın qarşısının alınmasında rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaətin bizləri Vətənimizin müdafiəsinə, torpaqlarımızın işğalçılardan azad olunmasına səfərbər etdiyini xatırladan Naqif Həmzəyev vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı, o cümlədən YAP Gəncə şəhər təşkilatının üzvləri, fəalları, gənc könüllüləri istər pandemiyaya qarşı mübarizədə, istərsə də torpaqlarımızın azadlığı uğrunda mübarizə çərçivəsində Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti birmənalı şəkildə dəstəkləyir.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasov, icra katibi Cavidan Abbasov, ofis rəhbəri Ənvər Əhmədzadə, layihələr üzrə departamentin rəhbəri Nərmin Hüseynova, təşkilatı işlər üzrə departamentin rəhbəri Aruz Kəsəmənli, sosial media ilə iş üzrə departamentin rəhbəri Nərmin Əliyeva, "Xeyriyyə Klubu"nun sədri Ruslana Nəsibova, "Cine Club"-un sədri Pərvin Abbasova, "Müzakirə Klubu"-nun sədri Əli Tağıyev çıxış edərək gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, gənclərin səmərəli fəaliyyətə cəlb olunduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, mütəmadi olaraq YAP Gəncə şəhər təşkilatında keçirilən dəyirmi masalar, seminarlar, diskussiya, debat və treninqlər, ödənişsiz dil kursları gənclərin inkişafında, gələcək arzularını gerçəkləşdirməkdə və perspektivlərini müəyyənləşdirməkdə əsaslı rol oynayır.

Sonda gündəlikdə duran digər məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...