Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin növbəti iclası Azərbaycanda keçiriləcək
5-6 may tarixlərində Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin iclasında Yeni Azərbaycan Partiyasını Milli Məclisin deputatı Asəf Hacıyev təmsil edib. Tədbir haqqında yap.org.az saytına məlumat verən A.Hacıyev bildirib ki, YAP da daxil olmaqla 20 ölkənin siyasi partiyası təşkilatın Daimi Komitəsinin üzvüdür. Onun sözlərinə görə, iclasda təbii fəlakətlər və ətraf mühitin qorunması məsələsi müzakirə mövzusu olub.
"Komitənin iclasında Azərbaycanın hakim partiyasının nümayəndəsi olaraq çıxış etdim. Çıxışımda təbii fəlakətlərin həm təbiət, həm də insanlar tərəfindən törədildiyini bildirdim. Qeyd etdim ki, sunami, tornado və s. fəalkətlər təbiət tərəfindən törədilib. Mən Azərbaycanın Yaponiyada baş verən təbii fəlakətə dərhal reaksiya verdiyi və fəlakətin aradan qaldırılması üçün öz yardımını göstərdiyini vurğuladım. İnsanların törətdiyi fəlakətə gəlincə, bildirdim ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal olunub və işğal olunmuş ərazilərdə meşələr, münbit ərazilər işğalçılar tərəfindən yandırılır. Qeyd etdim ki, dünya bu hadisələrə reaksiya verməlidir. Onu da bildirdim ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçılıq siyasəti ilə bağlı 4 qətnamə qəbul etsə də, həmin sənədlər icra olunmur", - deyə millət vəkili qeyd edib.
Tədbirdə təşkilatın növbəti iclasının keçirilməsi məsələsinə də baxılıb. A.Hacıyevin sözlərinə görə, iclasın keçirilməsi üçün Azərbaycan da daxil olmaqla, bir neçə ölkənin namizədliyi müzakirə olunub. Qərara alınıb ki, Daimi Komitənin növbəti iclası 2012-ci ilin may ayında Azərbaycanda keçirilsin. "Bu o deməkdir ki, YAP-ın dünyada nüfuzu artmaqdadır. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı 50 dövlətin 53 siyasi partiyasını özündə birləşdirən nüfuzlu təşkilatdır. Növbəti iclasın keçirilməsi üçün bir neçə dövlət arasından Azərbaycanın seçilməsi göstərir ki, ölkəmiz dünyanın marağındadır və bu fakt həmçinin, YAP-ın nüfuzunun göstəricisidir. Hesab edirəm ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin növbəti toplantısının Azərbaycanda keçirilməsi siyasi baxımdan böyük hadisə olacaq və YAP-ın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq"- deyə A.Hacıyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB