“Köçürmə siyasəti ilə ermənilər işğal etdikləri əraziləri qanuniləşdirmək istəyirlər” ÖZƏL-MÜNASİBƏT

“Köçürmə siyasəti ilə ermənilər işğal etdikləri əraziləri qanuniləşdirmək istəyirlər” ÖZƏL-MÜNASİBƏT

“Son günlər ermənilərin növbəti həyasızlığının şahidi olmaqdayıq. 30 ilə yaxındı Azərbaycan torpaqlarını qeyri-qanuni işğalda saxlayan Ermənistan cəzasız qaldıqca, daha da azğınlaşaraq öz işğalçılıq siyasətini müxtəlif təxribatlara əl atmaqla davam etdirir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

İctimai Birliyin sədri vurğulayıb ki, xüsusilə, demokratiya adı altında hakimiyyətə gələn Paşinyan hökuməti öz səriştəsizliyini ört basdır etmək üçün Qarabağ ətrafında spekulyasiya etməklə məşğuldur.
“Danışıqlar prosesinə zərbə vuran bəyanatlarından tutmuş, Tovuz təxribatı, Qarabağda qanunsuz seçki, Şuşada inauqurasiya mərasimi, arvadı Annanın hərbi təlim şousu və s. təxribat xarakterli hərəkətlər intensiv xarakter almaqdadlr. İndi də növbəti həyasızlığa başlayaraq Livan ərazisindən erməniləri köçürərək qanunsuz olaraq Qarabağ torpaqlarında məçkunlaşdırmağa başlamalarıdır. Bununla da onlar danışıqlar prosesinə, BMT qətnamələrinə, ATƏT-in Minsk qrupuna, Beynəlxalq qanunlara məhəl qoymadıqlarını bir daha bəyan edirlər. Lakin Azərbaycam dövlətinin etirazlarından başqa dünya miqyasında heç bir qurumun səsi eşidilmir. Sanki görmürlər, kordular, kardılar nəhayət laldılar. Amma Azərbaycana böhtan atılanda Beynəlxalq qurumların hayqırtısı susmaq bilmir. 200 ildir Çar Rusiyasının himayəsi ilə Qafqaza köçürülən ermənilər bu məskunlaşma ilə Rusiyanın və Qərbin dəstəyilə Azərbaycan torpaqlarında dövlətlərini qurdular. Bundan ruhlanaraq SSRİ-nin dağılma prosesindən məharətlə istifadə edib 20% torpaqlarımızı da işğal etdilər. Başımızın altına yastıq qoyan dünyanın aparıcı dövlət və qurumlarının sayəsində bir qərinəyə yaxındı torpaqlarımızda at oynadan ermənilər indi bu köçürmə siyasəti ilə işğal etdikləri əraziləri qanuniləşdirməyə səy göstərirlər. Əslində, havadarlarının siyasətidir bu. Sözdə bizə ərazi bütövlüyünüzü dəstəkləyirik, Qarabağ Azərbaycana məxsusdur deyilsə də, pərdə arxası ayrı oyun oynayırlar. Torpaq sizindir amma münaqişə danışıq yolu ilə həll edilməlidir deyən dünya gücləri əslində, zamanı uzatmaqla erməniyə xidmət edirlər. Danışıq yolu çoxdan öz təsirini itirib, artıq erməni bildiyini edir . Qarabağda tikinti gedir, yollar çəkilir, xarici şirkətlər sərmayə qoyur və s . Açıq-aşkar beynəlxalq güclər ermənini himayə edir. Bir yol qalır bizim üçün, o da müharibə. Eyni zamanda,Türkiyə ilə hərbi strateji müttəfiqliyi inkişaf etdirmək və erməni həyasızlığına son qoymaq. Güclü ordu, xalq birliyi, Ali Baş Komandan ətrafında birləşmək və son ana qədər savaşmaq. Dünya bizə öz ədalətsizliyi ilə başqa seçim qoymamışdır artıq...”, deyə Anar Xəlilov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə