“Azərbaycan torpağında hardansa gətirilən ermənilər məskunlaşa bilməz” ÖZƏL-MÜNASİBƏT
"Necə ki, əvvəllər ermənilərin məskunlaşma prosesi gedib və bu, Azərbaycan torpaqlarında aparılıbdır, mən həmişə İrəvanla əlaqədar məsələdə, müəyyən tədbirlərimizdə də bu məsələyə toxunuram ki, həmişə o köçürülmə prosesi olub. Hətta bir filmimiz də var idi - “İrəvan danışır, canlı şahidlər”. Həmin filmdə canlı şahidlər öz fikirlərini söyləyirlər ki, istər 1915-ci illərdə, istər 1948-1953-cü illərdə bu aparılıb və həmin proses bu gün də davam edir." Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə deyib.
İctimai Birliyin sədri qeyd edib ki, deməli, məqsədin ermənilərin hər yerdən bu torpaqlara gətirilmısi, məskunlaşdırılması və Azərbaycan torpaqlarının mənimsənməsi proqramının həyata keçirilməsidir.
“Bilirik, təbii ki, ermənilər bu istiqamətdə dəstək də alırlar. Əgər vaxtilə Birinci Pyotrun planı nəticəsində köçürülmə həyata keçirilmişdisə, eləcə də illər sonra mütəmadi olaraq onların köçürülməsinə müəyyən dəstəklər, bir çox ölkələrin də dəstəyi olubdur. Hal-hazırda da bilə-bilə ki, Dağlıq Qarabağda döyüşlər gedə bilər, həmin insanlar döyüş bölgəsindən, Beyrutdan gətirilərək, yenə də atəşə atılır, bu, birincisi. İkincisi isə, bilirsiz ki, erməni əsgərləri yox, daha çox muzdlular döyüşüblər və onlar ən çox elə Livandan, Suriyadan gələn erməni muzdluları olublar. Deməli, bunların içərisində həmin o muzdlu döyüşçülər də ola bilsin ki, olsun. Onların öz məqsədləri var. Amma biz, Cənab Prezidentin dediyi kimi, burada ikinci bir Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Yetərincə qan da tökülsə, ikinci bir dövlətin burada yaradılması mümkün deyil.
Biz, Qeyri-Hökumət Təşkilatları bu məsələyə çox diqqət yetirdik, araşdırdıq və mən özüm bilavasitə videolara baxdım və erməni dilini bildiyim üçün orada onlara tam şərait yaradıldığı qənaətinə gəldim. Biz öz münasibətimizi də bildirdik və bir sıra QHT öz münasibətini bəyan etdi. Əminik ki, bu məsələyə artıq diqqət yetiriləcək. Sadəcə, biz susmamalıyıq. Bu, çox vacib bir məqamdır ki, burada susmaq olmaz və həqiqət, haqq bərpa olunmalıdır. O torpaqlar Azərbaycan torpaqlarıdır və Azərbaycan torpağında da hardansa gətirilən ermənilər məskunlaşa bilməz.
ATƏT-in Minsk Qrupu onsuz da fəaliyyət göstərməyib. Hər zaman elə-belə gəlib, gəzib, dolanıb, çıxıb gedib. Açıq-aşkar biz bilirik ki, onlar erməniləri dəstəkləyirlər. Ona görə də onların fəaliyyəti də mənə elə gəlir ki, onların fəaliyyəti də bir dəfəlik olaraq dayandırılmalıdır”, deyə İradə Rizazadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB