Naxçıvanda “Heydər Əliyev və müasir Azərbaycanın inkişafı” mövzusunda elmi konfrans keçirilib

Naxçıvanda “Heydər Əliyev və müasir Azərbaycanın inkişafı” mövzusunda elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycanın inkişafı" mövzusunda elmi konfrans keçirildi.


SİA-nın xəbərinə görə, konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ümummili lider Heydər Əliyevin 88 illik yubileyinin nəinki respublikamızın hər yerində, eləcə də dünyanın bir çox ölkələrində təntənəli surətdə qeyd olunduğunu söylədi.


Akademik müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının təmin olunmasında əvəzsiz xidmətləri olan ulu öndərin siyasi uzaqgörənliyi, müdrikliyi, qətiyyətliliyi, siyasi iradəsi, dərin zəkası, ensiklopedik biliyə malik olması və geniş dünyagörüşü haqda ətraflı söz açdı.


Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qədirzadə "Heydər Əliyev və müasir Azərbaycanın sosial-iqtisadi inkişafı", İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev "İnkişafın Azərbaycan modeli", Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov "Heydər Əliyev və Azərbaycanda elmin və təhsilin inkişafı", Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, t.e.d., prof. Hacıfəxrəddin Səfərli "Müasir Azərbaycanın banisi", Təbii Ehtiyatlar İnstitutunun direktoru, k.e.d. Əliəddin Abbasov "Azərbaycanın uğurlu və xarici siyasəti", Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyev "Heydər Əliyev və Azərbaycanın milli inkişaf strategiyası" mövzularında məruzələrlə çıxış etdilər.


Elmi konfransın sonunda ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən təqdimat nümayiş etdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə