İnquşetiyanın Malqobek şəhərinin küçələrindən birinə Heydər Əliyevin adı verilib

İnquşetiyanın Malqobek şəhərinin küçələrindən birinə Heydər Əliyevin adı verilib

İnquşetiya Respublikasının Malqobek şəhərinin küçələrindən birinə Heydər Əliyevin adı verilib. SİA-nın xəbərinə görə, Rusiya Federasiyasının İnquşetiya Respublikasının hərbi şan şəhəri olan Malqobek şəhərinin küçələrindən birinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib.


Bu barədə qərarı Ümumrusiya azərbaycanlıları Konqresinin Şimali Qafqaz Federal dairəsi üzrə nümayəndəliyinin müraciətini nəzərdən keçirən Malqobek Şəhər Sovetinin deputatları qəbul edib.

Deputatlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Rusiya və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərinin güclənməsi istiqamətində gördüyü xidmətlərinə görə bu qərarı verdiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə