Hacıqabul, Samux və Tovuz Rayon Polis şöbələrinin yeni inzibati binalarının açılışı olub

Hacıqabul, Samux və Tovuz Rayon Polis şöbələrinin yeni inzibati binalarının açılışı olub
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Hacıqabul, Samux və Tovuz Rayon Polis şöbələrinin yeni inzibati binalarının açılışı olub. SİA-nın din.gov.az saytına istinadən verdiyi xəbərə görə, hər üç tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Daxili işlər naziri adları çəkilən polis şöbələrinin açılışını bildirən lentləri kəsib və binalar ilə yaxından tanış olub. Tikintisinə ötən ilin aprelində başlanmış inzibati binalar ən müasir standartlara uyğun tikilib, bütün zəruri avadanlıq, kommunikaslyalar və mühəndis qurğuları ilə təchiz edilib, xüsusi təyinatlı mebel və inventarla təmin olunub. İnzibati binalarda Qeydiyyat və şəxsiyyət vəsiqəsi, Dövlət yol polisi bölmələri, Növbətçi hissə və digər xidməti otaqlar yaradılıb. Ərazilərdə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib, istilik qazanxanası, transformator məntəqəsi və digər mühəndis qurğular tikilib.

Nazir Ramil Usubov Növbətçi hissələrə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş tədris otaqlarına, akt zallarsna, Müvəqqəti Saxlama Təcridxanalarına baxmış, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilk fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olub. Görülən işləri yüksək qiymətləndirən daxili işlər naziri əməkdaşların normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib. O vurğulayıb ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev daxili işlər orqanlarının ictimai qaydanın qorunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan hüquq və azadlıqlarının təminində müstəsna rolunu hər zaman yüksək qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına xüsusi diqqət yetirir. Məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyi müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunmuşdur, şəxsi heyətin iş, həmçinin sosial-məişət şəraiti ilbəil yaxşılaşmaqdadır. Bütün bunlar şəxsi heyəti daha yaxşı işləməyə ruhlandırır, polislə ünsiyyətdə olan vətəndaşların rahatlığına xidmət edir.

Daxili işlər naziri Ramil Usubov əmin olduğunu bildirib ki, Hacıqabul, Samux və Tovuz RPŞ-lərin şəxsi heyəti göstərilən yüksək diqqət və qayğıya sabitliyin, əmin-amanlığın etibarlı qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində öz nümunəvi xidməti ilə cavab verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə