Mayın 12-də Almaniyanın paytaxtı Berlin şəhərində keçiriləcək forumda Dağlıq Qarabağ münaqişəsi bir daha ictimaiyyətin diqqətinə çatdırılacaq. SİA-nın Almaniyadakı xüsusi müxbirinin məlumatına görə, "EuroKaukAsia e.V."-in təşkilatçılığı ilə düzənlənəcək forumda ağrılı yerimiz olan Dağlıq Qarabağ münaqişəsi öz həqiqətləri ilə auditoriyaya təqdim olunacaq.
Proqramda nəzərdə tutulduğu kimi dinləyicilər avropalı natiqlərin təqdimatında münaqişənin kökündən qaynaqlanan problemlərin təhlilinə baş vuracaq və münaqişənin həlli yollarında Azərbaycan dövlətinin atdığı addımların insan haqlarına, beynəlxalq hüquq normalarına tam uyğun olduğuna əmin olacaqlar.
Geniş auditoriya üçün planlaşdırılan Konfransda rəsmi şəxslər də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB