Rusiya daxili işlər naziri: "4 ay ərzində Şimali Qafqazda 146 döyüşçü öldürülüb"

Rusiya daxili işlər naziri: "4 ay ərzində Şimali Qafqazda 146 döyüşçü öldürülüb"

Cari ilin 4 ayı ərzində Şimalı Qafqazda 146 döyüşçü öldürülüb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev Qroznıda keçirilən müşavirə zamanı deyib. Onun sözlərinə görə, məhv edilənlərdən 19-u döyüşçülərin lideri olub.

 

O, eyni zamanda Şimalı Qafqazda o cümlədən, Çeçenistan, Dağıstan və Kabardino-Balkariyada xüsusi əməliyyatların keçirildiyini xatırladıb: "Keçirilən əməliyyatların uğurlu nəticələri qarşıya qoyulan vəzifələrin necə yerinə yetirlidiyinin bariz nümunəsidir"-deyə, o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə