Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhər rəhbərliyi başda olmaqla idarə, təşkilat və ictimaiyyət nümayəndələri dahi öndərin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə güllər düzüblər.
Ardından ulu öndərin xatirə muzeyi ilə tanış olub, burada görkəmli siyasi xadimin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxıblar.
Gəncə şəhərində ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibəti ilə dahi şəxsiyyətin abidəsinin ziyarəti axşam saatlarınadək davam edib. İnsanlar əllərində gül dəstələri ilə Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB