85 yaşlı kraliçanın iPad sevdası

85 yaşlı kraliçanın iPad sevdası
Britaniya kraliçası II Yelizaveta iPad sevdasına düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 85 yaşlı kraliça xidmətçilərinə iPad almalarını tapşırıb. Belə ki, kraliça bu planşet kompüterlə bir müddət əvvəl nəvələri Uilyam və Harrinin sayəsində tanış olub. Əvvəllər bu cür şeylərdən xoşlanmayan kraliça daha sonra nəvələrinin timsalında gördüklərindən valeh olaraq iPad istəyib. Kraliçanın yaxınları xəbəri təsdiqləyərək yaxın günlərdə Yelizavetaya kompüter alınacağını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə