“Cənubi Qafqazda təhlükəsizliyin yenidən dəyərləndirilməsi və Türkiyə-Azərbaycan əlaqələr” mövzusunda beynəlxalq konfrans keçirəcək
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərindəki Uludağ Universiteti ilə birlikdə mayın 16-17-də "Cənubi Qafqazda təhlükəsizliyin yenidən dəyərləndirilməsi və Türkiyə-Azərbaycan əlaqələri" mövzusunda beynəlxalq konfrans keçirəcək. Yap.org.az saytına istinadən verilən xəbərə görə, ABŞ-ın Kentukki Universitetinin professoru, keçmiş səfir Keri Kavanouf, Şimali Dakota Universitetinin professoru Tomas Ambrosio, habelə Türkiyə və Azərbaycanın politoloqlarının çıxış edəcəyi konfransın açılışında Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov, ölkəmizin Ankaradakı səfiri Faiq Bağırov, İstanbuldakı baş konsul Həsən Zeynalov da iştirak edəcəklər.
Məruzələrdə Ermənistanın dövlət terroru siyasətinin regionda sülhə və sabitliyiə yaratdığı təhlükə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin rolu, beynəlxalq hüquq kontekstində Xocalı soyqırımı, Cənubi Qafqazın təhlükəsizlik məsələlərində qolobal güclərin rolu və digər məsələlər ətraflı şəkildə təhlil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB