Paşinyanın erməni bicliyi: Belarusa qarşı nala-mıxa döyəcləmək ona heç nə vəd etmir ANALİTİK

Paşinyanın erməni bicliyi: Belarusa qarşı nala-mıxa döyəcləmək ona heç nə vəd etmir ANALİTİK

Erməni baş nazir bir tərəfdən Lukaşenkonu təbrik edir, digər tərəfdən ona qarşı keçirilən etiraz aksiyalarına dəstək göstərir

Ermənistanın baş naziri Nikol Paşinyan “bir əldə iki qarpız tutmaq” prinsipi ilə çıxış etməkdə davam edir. SİA xəbər verir ki, bu barədə ölkənin “Politik” portalı Belarusda baş verən etirazların Paşinyan tərəfindən dəstəklənməsi ilə bağlı yazısında qeyd edir.

Bildirilir ki, Belarusda prezident seçkiləri başa çatar-çatmaz Nikol Paşinyan Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayan birincilərdən oldu. “Sizi yenidən Belarus prezidenti vəzifəsinə seçilməyiniz münasibəti ilə təbrik edirəm. Rəhbər vəzifənizdə Sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm”, təbrik məktubunda deyilirdi.

“Politik”: “Baş nazir Nikol Paşinyan digər çoxsaylı hadisələrdə olduğu kimi, yaranmış çətin siyasi vəziyyətdən kəndyolu bicliklə çıxmaq qərarını verdi”

Erməni nəşri xatırladır ki, Paşinyanın təbrik bəyanatı avropalı güclər tərəfindən birmənalı qarşılanmadı, qərb ölkələri tərəfindən Lukaşenkoya qoyulan sanksiyalardan və atılan qəti addımlardan sonra açıq-aydın göründü ki, Paşinyanın qərb partnyorları ilə (hakimiyyət şərikləri – “Politik”) probemləri yaranacaq.

“Baş nazir Nikol Paşinyan digər çoxsaylı hadisələrdə olduğu kimi, yaranmış çətin siyasi vəziyyətdən kəndyolu bicliklə çıxmaq qərarını verdi”, yazan erməni nəşri artıq Nikolun adamlarının Lukaşenkoya qarşı anti-kampaniyalarda iştirakları barədə xəbər verir. SİTAT: “Onun tərəfdarları Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyaları keçirirlər. Etiraz aksiyasını «Armenian Progressive Youth» ictimai təşkilatı keçirib və rəhbəri hakim “Mənim addımım” fraksiyasının üzvü Qriqor Yeritsyandır. Bu aksiyanı konstitusiya islahatları komissiyasının və Ermənistanın ictimai şurasının hökumət tərəfindən seçilmiş üzvü Daniel İonnosyan da dəstəkləyir”.

Paşinyan Avrasiya İttifaqına üzv olan ölkələri də inandırmağa çalışır ki, bu kimi etiraz aksiyalarına aidiyyatı yoxdur

Beləliklə, Nikol Paşinyanın bütün məsələlərdə olduğu kimi, bu məsələdə də nala-mıxa döyəcləməsi faktı sübuta yetirilib və erməni nəşrinin yazdığına görə, baş nazir qərb ölkələrinə inandırmağa çalışır ki, artıq o da mövcud siyasi gündəmə qoşulur, lakin dolayı yolla. Digər tərəfdən, Paşinyan Rusiyanın nəzarətindəki Avrasiya İttifaqına üzv olan ölkələri də inandırmağa çalışır ki, bu kimi etiraz aksiyalarına aidiyyatı yoxdur.

Sonda isə, daha əmin oluruq ki, “Politik” bu faktı ortaya çıxarmaqla bir daha əsl erməni bicliyini aşkarlayır. Amma bu bicliyin Paşinyana nə qədər sərf edəcəyini, ya da etməyəcəyini yaxın zamanlarda görəcəyik. Çünki müasir siyasətdə bu cür erməni biclikləri artıq keçərli deyil...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə