“İnsanları görməməzlikdən gələ bilməzsən, cənab Paşinyan” Etirazçıların şüarı

“İnsanları görməməzlikdən gələ bilməzsən, cənab Paşinyan” Etirazçıların şüarı

Etiraz aksiyaları Ermənistanın hökumət binası qarşısında davam edir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu aksiyaya Rusiyaya getmək istəyən Ermənistan vətəndaşları toplaşıb.

"İnsanları görməzdən gələ bilməzsən, cənab Paşinyan! Danışıqların aparılmasını və Rusiya ilə sərhədlərin açılmasını xahiş edirik və tələb edirik. Vətəndaşlar sadə bir şey tələb edir, aşağı düş və de görək, danışıqlar hansı mərhələdədir? Bir həftədən çoxdur ki, insanlar buraya gəlir və cavabınızı qızmar günəş altında, istifə gözləyirlər" deyən aksiya iştirakçıları, "danışıqlar aparın və sərhədləri açın!" şüarları səsləndirərək tələblərini davam etdirirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə