“Paşinyanın reytinqi sürətlə aşağı düşür” “Past” qəzeti yazır
Sirr deyil ki, bir çox strukturlar “daxili istifadə üçün” vaxtaşırı qondarma sosioloji sorğular aparır. SİA xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Qəzetin yazdığına görə, bu yaxınlarda səlahiyyətlilərin və xüsusən də Nikol Paşinyanın reytinqi ilə bağlı belə rəy sorğuları ABŞ səfirliyi və müxalifət qüvvələrindən biri tərəfindən aparılıb.
Nəşrin mənbələrinə görə, üç anketin nəticələri demək olar ki, eynidir və bu da ondan ibarətdir ki, Paşinyanın reytinqi sürətlə aşağı düşür. Son sorğulara görə, erməni baş nazirin reytinqi tarixi bir anti-rekorda imza ataraq təxminən 17,2% -ə düşüb.
Mənbələrimizə görə, bu fakt ciddi proseslərə səbəb olub. Xüsusilə, Milli Təhlükəsizlik Xidməti və digər hüquq-mühafizə orqanları “getməkdə olan” Paşinyanın şıltaqlıqlarını yerinə yetirmək həvəsini itirib, Amerika tərəfi yeni bir liderlə yeni ssenari axtarmağa, “təzə” bir impuls alıb və müxalifət qüvvələri öz fəaliyyətləri, hərəkətləri ilə, o cümlədən mitinq şəklində buna rəvac verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB