İran Yaxın Şərqdəki vəziyyəti ələ almağa çalışır

İran Yaxın Şərqdəki vəziyyəti ələ almağa çalışır

İran regionda vəziyyəti nəzarətdə saxlamaq üçün ilkin addımlarını atır. SİA-nın "IRNA"ya istinadən verdiyi xəbərə görə, bu zəmində İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst məlumat verib ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi İraqın rəhbərliyi ilə danışıqlar aparmaq üçün bu ölkəyə səfər edəcək. Danışıqların məqsədi ikitərəfli münasibətlərin inkişafı və bəzi ərəb ölkələrində baş verən radikal köklü dəyişiklilərdən sonra Yaxın Şərqdəki hadisələri müzakirə etməkdir. Danışıqlar bu problem üzrə regional məsləhətləşmələr çərçivəsində aparılacaq.

 

Qeyd edək ki, bundan əvvəl Əli Əkbər Salehi bu məqsədlə Qətər, Oman və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə