“Avropada sığınacaq axtaran Ermənistan vətəndaşları rədd edilir” Armen Kazaryan

“Avropada sığınacaq axtaran Ermənistan vətəndaşları rədd edilir” Armen Kazaryan

Avropada sığınacaq üçün müraciət etmiş Ermənistan vətəndaşlarının böyük əksəriyyətinin müraciətləri qəbul edilmir və qədd edilir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Miqrasiya Xidmətinin rəhbəri Armen Kazaryan xarici əlaqələr daimi parlament komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, əksər hallarda Ermənistan vətəndaşlarının müraciətləri rədd edilir. Həmçinin qeyd olunur ki, müraciətləri rədd edilənlər sığınacaq üçün müraciət edənlərin 97 faizini təşkil edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə