Ulu öndər Heydər Əliyevin doğum günü Misirdə qeyd olunub

Ulu öndər Heydər Əliyevin doğum günü Misirdə qeyd olunub

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi tərəfindən Qahirə şəhərində mərasim keçirilib.

Səfirlikdən SİA-ya verilən xəbərə görə, Tədbirdə Misirdə yaşayan Azərbaycan icmasının üzvləri, Misirdə təhsil alan azərbaycanlı tələbələr, yerli ictimai-siyasi xadimlər və elm adamları iştirak ediblər.

Mərasim çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şanlı həyat yoluna nəzər salmış, müasir Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğu və Heydər Əliyevin öz həyatını Azərbaycanın çiçəklənməsi və inkişafına həsr etdiyi qeyd olunub.

Türkiyə tarixində Mustafa Kamal Atatürkün, ABŞ tarixində Corc Vaşinqtonun, Böyük Britaniya tarixində Üunston Çerçilin, Misir tarixində Məhəmməd Əlinin, Cənubi Afrika Respublikasının tarixində Nelson Mandelanın xüsusi yer tutduğu halda, müasir Azərbaycan tarixində Heydər Əliyevin xüsusi rolu və çəkisi olduğu nəzərə çatdırılıb. Heydər Əliyevin Dövlət təhlükəsizlik orqanları, Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi, SSRİ MK-in Siyasi bürosunun üzvü və SSRİ Baş nazirinin müavini və nəhayət müstəqil Azərbaycanın Prezidenti vəzifəsində çalışdığı müddətdə gördüyü misilsiz xidmətlərdən danışılmış və Heydər Əliyev dühasının və irsinin əbədi olaraq Azərbaycan xalqının yaddaşında xoş xatirələrlə qalacağı vurğulanıb.

Mərasim Azərbaycanın əməkdar artisti, Bakı və Qahirə konservatoriyalarının professoru fortepiano ustası Arzu Ələsgərovun ifasında klassik Azərbaycan musiqi konserti ilə davam edib.

Səfirliyin əməkdaşları və Misirin Qəlyubiyyə vilayətinin rəhbərliyinin iştirakı ilə Qanatra şəhərindəki Azərbaycan-Misir Dostluq parkında yerləşən Heydər Əliyevin büstü ziyarət edilmiş, Heydər Əliyevin əziz xatirəsi yad edilmiş və abidənin önünə əklil və gül dəstələri qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə