Xalqına, dövlətinə düşmənçilik edənlərin bədəli…
Xəyanət başqa necə olur ki?! Təbii ki, hər kəs bilir ki, bütün bunları onlar sifariş əsasında həyata keçirdirlər. Birbaşa erməni lobbiçilərinin və diasporasının tapşırıqlarını yerinə yetirirlər. Onlara erməni lobbiçilərinin açıq və ya dolayısı ilə göstərdiyi maliyyə dəstəyi hər kəsə bəllidir. Ancaq insan nə qədər şərəfini və ya ləyaqətini itirə bilər ki, indiki situasiyada öz xalqına və dövlətinə qarşı bu cür iyrənc şər-böhtan atasan?! Bu şəxslərin satqınlığı və xəyanəti ilə bağlı sosial şəbəkədə status paylaşmışdim. Yazdığım statusa bir gün ərzində yüzdən artıq şəxs rəy yazıb və onların necə satqın və ünsür olduqlarını qeyd edirlər. Və bu davam etməkdədir. Hər kəs mənim facebook profilimə daxil olub, görə bilər. Çox hiddətlə qarşılanır onların xəyanəti.
Bu gün dünyada yaşayan bir erməni görmədik ki, hətta Paşinyan rejiminə ən radikal müxalifətdə olan erməni Sevinc Osmanqızı, Orduxan, Qənimət Zahidov, Tural Sadıqlı, Əli Kərimli, Xəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Arif Məmmədov və bu kimi satqınlar kimi çıxıb Ermənistanı ittiham etsin və baş verənləri ermənilərin günahı üçbatından olduğunu bildirsin, bəyan etsin. Bu adamlar ermənidən də artıq ermənidilər. Bunlar üçün maddi maraqlar bütün mənəvi dəyərləri aşıbdır. İnsan atasını cavan yaşında qətlə yetirən erməniləri necə müdafiə edə bilər?! Bu adamlar hər fürsətdə dövlət maraqlarımıza və milli maraqlarımızın əleyhinə gedirlər. Ancaq bu gün çox sevindiricidir ki, ictimai qınaq çox yüksək səviyyədədir.
Ən əxlaqsızlıq isə, bəli ən əxlaqsızlıq ondadır ki, bu satqınlar - “sapı özümüzdən olan baltalar” Paşinyanın odunun üstünə, məcazi mənada su tökürlər. Bu mənəviyyatsızın ən yüksək təbəqəsində oturan, Azərbaycana, dövlətə, xalqa qarşı çıxış edən, azərbaycanlıların milli birlik çağırışlarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verən Osmanqızı ilk növbədə şəhid atasına qarşı hörmətsizlik etmiş oldu. Azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışan, bununla da ermənilərin mövqeyinə xidmət göstərən, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edən Osmanqızı gerçək simasını göstərdi.
Erməni siyasi mətbəxində hazırlanan tezislər əsasında bayrağının və şəhidinin qürurunu qoruyan azərbaycanlılara bandit, xuliqan, vətənşüvən deyən Sevinc Osmanqızının çürük, məntiqsiz çıxışı isə mənttiqsiz çürüçıxışı isə ermənidən betər olduğunun göstəricisidir: "Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən. Erməni həmkarımla sualları cavablandırırdım. Azərbaycanlı gəncdir, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq... Onlar Azərbaycanın imici üçün nəsə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Nədən ötrü vuruşdunuz və savaşdınız? Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız? Siz nə qazandınız? Və nəyə görə onlar səfirliyin müdafiəsinə qalxmalıdırlar? Mən davanın kimin başlatdığına girməyəcəm. Əhəmiyyətli məsələ də deyildir. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyildir. Qarabağ bura deyildir. Savaşlar Qarabağda gedir, savaş Azərbaycanla Ermənistan sərhədində gedir. Siz Azərbaycan səfirliyini müdafiə etmək üçün ora getməyinizlə vətənə xidmət etmiş olmursunuz. Siz burada vətənpərvərlik görürsünüzmü? Vətənpərvərliyin "V" hərfini görürsünüzmü? Bu, şüvənlikdir, vətənşüvənlikdir"... Budur, S.Osmanqızının əsl siması
Dönüklərin bədəli…
Bu mütləq olacaq. Özü də ağır, bağışlanılmaz. Çünki dünənə qədər bu ölkənin suyunu içib, çörəyini yeyib, havasını udub, müəyyən vəzifəyə yiyələndtkdən sonra sonra oxu xalqına qarşı tuşlamaq ancaq və ancaq alçaqlıq, nankroluq və düşmənçilikdir. Sabiq səfir Arif Məmmədov çıxışlarının, fikirlərinin yanlış olduğunu sübuta yetirməyə ehtiyac yoxdur. O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev onun «fövqəladə və səlahiyyətli səfir» diplomatik rütbəsindən məhrum edilməsi barədə sərəncam verdikdən sonra A.Məmmədov dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunaraq, beynəlxalq axtarışa verilib. A.Məmmədov Azərbaycan xalqına qarşı ermənilər kimi nifrət bəsləyir, Azərbaycanın suverenliyindən qıcıqlanır və mənfur, qaniçən, qoca, uşaq, qadını qətlə yetirən, Xocalı soyqırımını törədən, Azərbaycan ərazilərini işğal edən, bir milyondan çox insanın yurd-yuvalarından didərgin düşməsinə səbəb olan erməniləri azərbaycanlılardan üstün tutduğunu açıq şəkildə bəyan edir.
Budur, çörəyi dizinin üstündə olmaq. Dünən qədər səfir işlədiyi vaxt dedikləri, bu gün ki, çıxışlarında həqiqətə uyğun olmayan, Azərbaycana qarşı qarayaxma kampaniyasına işləyən fikirləri. Bax, budur A.Məmmədovun xisləti. Əsl həqiqətləri sivil formada dünyaya bəyan etmək imkanlarımız daha da genişləndiyi bir zamanda içimizdən çıxan xain A.Məmmədov erməni təəssübkeşliklərini ortaya qoyur və Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə "xidmət” etdiyini nümayiş etdirir. Xüsusilə də, son günlər işğalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında baş verən hadisələrə görə Azərbaycanı ittiham etməklə əsl riyakarlığını bir daha ortaya qoyur. Bu məxluq xalqımızın haqq davasına qara yaxaraq, işğalçının cinayət əməllərinə haqq qazandırmaq kimi sərsəm fikirlər səsləndirməklə cinayətkarların etdiklərini Azərbaycanın üzərinə atmağa çalışır.
Necə ola bilər ki, bir insan əzizlərini, yaxınlarını vəhşicəsinə qətlə yetirən, xalqına qarşı soyqırımı aktları həyata keçirən terrorçuya dəstək olsun?! İnsan nə dərəcədə xalqına, dövlərinə nifrət etməlidir ki, əli millətinin qanına batan erməni ilə hərməy olsun?!
Nə yazıq ki, belə riyakarlarımız, xalq düşmənlərimiz də var və indiyədək kimlər tərəfindən «bəslənildikləri» açıq-aşkar üzə çıxır. Düşmən onlardan Azərbaycana qarşı silah kimi istifadə etdiyini billə-bilə yenə də hər şeylərini qrantlara satmağa hazır olduqlarını bir daha nümayiş etdirirlər.
Ancaq artın xalq bir daha xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə xəyanət edən bu ünsürlərin əsl riyakar, xain sifətlərini gördü, əsl həqiqətlərə şahidlik etdi. Hər kəs gördü ki, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli kimi erməni süfrəsindən qidalananlar silahı bizə qarşı tuşlayıblar. Erməni lobbisi məhz bu üzdəniraqlar vasitəsilə azərbaycanlıları təhqir etdirirlər.
Bu səbəbdən də ehtiyatlı olmalıyıq. Hər bir azərbaycanlı bilməlidir ki, düşmənimiz ermənilərdirsə, içimizdə onlardan geri qalmayan düşmənlərimiz də var. Onlardan istənilən zaman bizə qarşı silah kimi istifadə edirlər. merikalı yazıçı Paul Austerin xəyanətkar və satqınlar haqqında gözəl bir fikri var: "Sənə bir dəfə xəyanət edəni bağışlasan, səni yenə istifadə edər. Çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülüş formasıdır".
Yəni bir dəfə xəyanət edən bunu davamlı etməyə artıq öyrənir. Ona görə də xəyanətkara cinsindən asılı olmayaraq, şərəfsiz deyilir. Azərbaycan cəmiyyəti artıq son illərdə bu şərəfsizin və buna bənzər şərəfsizlərini simasını tanımaqdadır. “Beşinci kolon” rolunda çıxış edən istər Əlisi, istər Cəmili, istər Sevinci, Arifi, Gültəkini, Vidadisi …kimi satqınların xalq qarşısında günahları heç vəchlə bağışlanmayacaq. Çünki "Vətən üçün pis olan, mənə faydalıdır" deyən bu erməni çörəyi yeyənlərin əsl üzü budur.
Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa biri deyillər. Belələirini isə xalq heç vaxt bağışlamayacaq!.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB