"İran birbaşa Ermənistanın silahlanmasında iştirak edir" ÖZƏL-RƏY
“İran Rusiyadan göndərilən hərbi yüklərin Ermənistana hava yolu ilə daşınmasını reallaşdırmaqla regionda işğalın davamlı olmasına şərait yaradır. İran həmçinin bu hərbi yüklərin daşınmasında bilavasitə iştirak edir. Rusiya yüngül silahları hava nəqliyyatı, ağır herbi nəqliyyat və zirehli texnikaları Xəzər dənizi və İran ərazisindən daşıyır”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiyanın Ermənistana "İl 76" hərbi nəqliyyat təyyarəsi ilə göndərdiyi silah sursatın daşınması davam edir: “Xəzər dənizi vasitəsilə İrana oradan da Ermənistana zirehli texnika və hərbi nəqliyyat vasitələri daşıyır. Gürcüstan tərəfiinn Rusiyanin ərazisindən hərbi yüklərin daşınmasına icazə vermədiyi üçün Rusiya İran ərazisindən bunu reallaşdırır.
Göründüyü kimi İran birbaşa Ermənistanın silahlanmasında iştirak edir. Bu daşımaları öz nəqliyyat vasitələri ilə təmin edir. İranın Rusiya ilə birgə Azərbaycana qarşı Ermənistanı silahlandırmasi, Tovuz hadisələrindən sonra daha da intensivləşib və burada Türkiyənin Azərbaycanla birgə hərbi təlimləri və regionda artan siyasi-hərbi üstünlüyü Tehranı da Azərbaycan əleyhinə yer almağa sövq edib. İran bilməlidir ki, regionda Türkiyənin fəaliyyəti Azərbaycana qarşı bu kimi təxribatlarda müdafiə etmək, xüsusilə Ermənistanın Rusiyanın təhriki ilə baş verə biləcək qarşıdurmada müdafiə etməkdir. İran bunları bilərək, özünün regional təhlükəsizliyinə heç bir təhdid olmamasına baxmayaraq Azərbaycan əleyhinə Ermənistan-Rusiya tamdemində yer alır.
İranın bu siyasəti birbaşa Azərbaycana qarşı düşmənçilikdir və dostluq, qonşuluq prinsiplərinin tapdalanmasıdır. Azərbaycan dəfələrlə qeyd edib ki, İrana qarşı ölkə ərazisindən istifadəyə icazə verməyəcək. Rəsmi Bakı İrana qarşı iqtisadi, siyasi və kəşfiyyat layihələrində yer almayacağını İran rəsmilərinin diqqətinə çatdırıb. Amma, İran Azərbaycana qarşı öz ərazisindən hərbi təcavüzün davam etməsinə icazə verir və birbaşa öz nəqliyyat vasitələri ilə silahların daşınmasını həyata keçirir. Rusiya Azərbaycan və Türkiyənin Qarabağla bağlı siyasətindən narahatdır və ona görə də Ermənistanı durmadan silahlandırır. İran da burada yer alıb.
Azərbaycan XİN İrana nota verməli, İranın ölkəmizdəki səfiri XİN çağrılıb izahat tələb edilməlidir. Həmçinin buradan Güney Azərbaycana müraciət edirəm, niyə susursunuz? Öz etirazınızı Tehran hakimiyyətinə bildirmirsiz? Stadionlarda "Azərbaycan, Azərbaycan" qışqırmaqa olmur!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB