“Aprel döyüşlərində ölən erməni qəbirləri təhqir olunub” Hrant Sarkisov

“Aprel döyüşlərində ölən erməni qəbirləri təhqir olunub” Hrant Sarkisov

Naməlum şəxslər Aprel döyüşlərində ölən Armenak Urfanyan və Robert Abajyanın məzarlarını ləkələyib, təhqir ediblər. SİA xəbər verir ki, bu barədə 2016-cı ilin aprel müharibəsinin iştirakçısı Hrant Sarkisov öz Facebook səhifəsində yazıb.

“İçimizdə zibillər var, yanımızda yaşayırlar, bizimlə bir yerdədirlər... Bəşəriyyətə və vətənə heç bir fayda verməyən bəzi axmaqlar, bu dəfə aprel döyüşlərində ölən Armenak Urfanyan və Robert Abajyanın qəbirləri olmaqla, artıq ikinci dəfədir ki, aprel müharibəsi iştirakçılarının məzarlarını murdarlayır, ləkələyir, təhqir edirlər. Düşünürəm ki, Ermənistan polisinin bir işi var. Dövlətimizdə vandallar var”, deyə Hrant Sarkisov öz səhifəsində yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə