ABŞ prezidenti Barak Obama Usamə bin Ladenin öldürülməsi ilə bağlı Pakistana planlaşdırılmış səfərini təxirə salıb. SİA-nın "İTAR-TASS" agentliyinə istinadən verdiyi xəbərə görə: "Barak Obamanın Pakistana əvvəlcədən təyin edilmiş səfərinin təxirə salınması təhlükəsizlik məsələləri ilə bağlıdır", - deyə prezidentin köməkçisi bildirib.
Obama eyni zamanda söz verib ki, ABŞ Usamə bin Ladenin gec aşkar olunmasında Pakistan kəşfiyyatının əli olub-olmaması ilə bağlı araşdırmalar aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB