Azərbaycan hərbi əməliyyatları Ermənistanın ərazisinə keçirərsə...

Azərbaycan hərbi əməliyyatları Ermənistanın ərazisinə keçirərsə...

Zahid Oruc: “Erməni əsgəri Kəlbəcəri tərk etməyə başlayacaq”

Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda maraqlı təkliflə çıxış edib. SİA-nın məlumatına görə, millət vəkili qeyd edib ki, Azərbaycan hərbi əməliyyatları Ermənistan ərazilərinə keçirən kimi erməni əsgəri Kəlbəcəri tərk etməyə başlayacaq.

STM rəsmisi bu fikirləri son günlər - xüsusilə Tovuz döyüşlərindən sonra Ermənistanın artan təxribatçı ritorikasına öldürücü cavab verilməli olması ilə əsaslandırıb.

Xatırladaq ki, STM sədri daha əvvəl də bənzər ideyaları irəli sürməklə, düşmənə daha sarsıdıcı zərbənin vurulması mümkünlüyünü ifadə etmişdi. Belə ki, Z.Oruc bir müddət əvvəl üçüncü cəbhənin açılmasını - Göyçə, yaxud Meğri istiqamətindən Ermənistan ərazisinə daxil olmağı təklif etmişdi.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə