FTX Rusiyada planlaşdırılan terror aktlarının qarşısını aldı ANTİ-TERROR
Rusiyanın Federal Təhlükəsizlik Xudməti (FTX) Rusiyanın bir sıra regionlarında kütləvi qətllərin qarşısını alıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Belə ki, keçirilən əməliyyatlar zamanı təhsil müəssisələrində, güc strukturları binalarında və insanların çox olduğu yerlərdə cinayətlərin törədilməsini planlaşdıran 13 şəxs saxlanılıb.
Qeyd olunur ki, kütləvi qətllərdə partlayıcı qurğular, yandırıcı maddələr, soyuq silahların istifadə olunması nəzərdə tutulmaqla yanaşı, internet istifadəçilərinin də bu cür cinayətlərə cəlb olunması planlaşdırılmışdı. Belə ki, saxlanılanlardan 11 nəfəri sosial şəbəkələrin birində qapalı qrup vasitəsi ilə münasibət saxlayanlardır.
Saxlanılanların şəxsi gündəliklərindəki və qadjet informasiyalarındakı məlumatlar da cinayətkar planlardan xəbər verir. Onlardan yandırıcı və partlayıcı qurğuların hazırlanması instruksiyaları götürülüb. Eyni zamanda onların yaşadıqları evlərindən artıq hazır vəziyyətə gətirilmiş və kustar üsulla hazırlamış məhvedici elementlərə malik bombabar, hazırlanması üçün komponentlər, eyni zamanda qanunsuz ov, travmatik və soyuq silahları tapılaraq götürülüb.
FTX saxlanılanların motivləri və yaşları barədə heç bir məlumat yaymayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB