Millət vəkilləri ümummilli liderin 88-ci ildönümü ilə əlaqədar Türkiyədə səfərdədirlər

Millət vəkilləri ümummilli liderin 88-ci ildönümü ilə əlaqədar Türkiyədə səfərdədirlər
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş anma mərasimində iştirak etmək üçün Milli Məclisin deputatları Musa Quliyev, Məlahət İbrahimqızı, Flora Qasımova və Azay Quliyev Türkiyənin İstanbul şəhərində səfərdədirlər. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bahçeşehir Universitetində keçiriləcək tədbirdə millət vəkilləri görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın xoşbəxt gələcəyi naminə gərgin siyasi fəaliyyəti, Ulu öndərə olan ümumxalq sevgisi barədə danışacaq, onunla bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşəcəklər.
Qeyd edək ki, səfər mayın 11-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə