"Hazırda bütün dünya, insanlıq böyük sınaq qarşısındadır. Bəşəriyyəti, insanlığı sınağa çəkən koronavirus pandemiyasıdır. Bu sınaq dövlətlər qarşısında da çox mühüm və təxirəsalınmaz tədbirlər qoyub. İlk növbədə dövlətlər tərəfindən bu pandemiyaya qarşı mübarizəni təşkil etmək üçün müvafiq tədbirlər planı hazırlanıb. Bütün dövlətlər hazırda bu istiqamət üzrə mühüm işlər görür. Azərbaycan höküməti də bu istiqamətdə bir çox tədbirlər həyata keçirir". Bu fikirləri SİA-ya "Konstitusiya" Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti əslində koronavirus pandemiyasına qarşı ilk tədbirlər görən ölkələr sırasındadır. Bu tədbirlər dövlətin bütün sahələrini əhatə edib. Çünki bu virus ölkənin bütün sahələrinə müdaxilə edir: "Koronavirus pandemiyasının iqtisadiyyata müəyyən ziyan vurmasına baxmayaraq, Prezident İlham Əliyev bu il heç bir sosial proqramın, sosial infrastruktur layihəsinin ixtisar edilməyəcəyini bəyan etmişdi. Uğurlu sosial siyasət Azərbaycanın qüdrətli iqtisadiyyatına söykənir. İqtisadi, maliyyə imkanları sosial layihələrinin icrasını təmin edir. Ötən dövr həm də Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında yaradılmış sosial-iqtisadi modelin zamanın sınağından çıxdığını göstərdi. Qabaqlayıcı tədbirlər pandemiyanın geniş vüsət almasının qarşısını almağa imkan verdi. Yoluxma səviyyəsi və ölüm sayının azlığına görə Azərbaycan dünyada ilk onluqdadır. Bu da zamanında atılan qabaqlayıcı addımların effektli olduğunu, özünü doğrultduğunu göstərir. Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Digər tərəfdən, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq həm həssas təbəqələrə sosial dəstək verildi, birdəfəlik ödənişlər ayrıldı, ictimai iş yerlərinin sayı artırıldı, həm də koronavirus təhlükəsi, karantin rejimi ilə bağlı fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə yardım edildi, işçilərin maaşlarının əhəmiyyətli qismi dövlət büdcəsinin vəsaiti hesabına ödənildi. Bununla da özəl sektorun bu dövrdən az itkilərlə çıxmasına nail olundu. Buna həm də krizis menecmenti kimi yanaşmaq lazımdır. Söhbət iqtisadiyyatın krizis dönəmində idarə edilməsindən gedir. Biz bu imtahandan üzüağ çıxdıq və postpandemiya dövrünə az itkilərlə yaxınlaşdıq.
Bu gün cənab Prezidentin göstərişi ilə Azərbaycanda 11 modul tipli xəstəxana inşa olunaraq istifadayə verilib. Bununla belə ölkəyə lazımlı tibbi avadanlıqlar gətirildi. Süni tənəffüs aparatlarının, laboratoriyaların sayı çoxaldıldı. Bütün bunlar çox vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB