“Sarukyan mitinq keçirmək niyyətində olduğu üçün qorxaqlar təşvişə düşüblər” Qevorq Petrosyan
"Gedin, qorxunuza nəzər yetirin. Bu qorxunu ölçün. Görün Sarukyan mitinq keçirmək niyyətində olduğunu elan etdiyi üçün nə qədər təşvişə düşüblər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Çiçəklənən Ermənistan" fraksiyasından olan millət vəkili Qevorq Petroosyan öz Facebook səhifəsində bir yazı paylaşıb.
Bir-birinin ardınca boş və ədəbsiz nitqlər yer alır. Maraqlısı budur ki, mənasız ad və soyadlı insanlar mübarizəyə çıxarılıb. Axı yaşlı insanlar müdrikdir, təcrübələri var, palçığa girmək istəmirlər və başa düşürlər ki, bu da keçib gedəcək.
Mandatınızı itirəndən bir az sonra çoxunuz aşağı səviyyəli bir iş üçün yalvaracaqsınız, amma boş yerə yalvaracaqsız", deyə Qevorq Petrosyan yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB