Paşinyana başağrısı olan komandası

Paşinyana başağrısı olan komandası

Hakimiyyətə gəldikdən sonra Nikol Paşinyana ünvanlanan tənqidlərin əksəriyyəti onun uğursuz kadr siyasəti ilə bağlıdır. SİA Ermənistana məxsus “Past” qəzetidə yayımlanan məlumata istinadən xəbər verir ki, Paşinyan tərəfindən təyin olunmuş nazir və qubernatorların çoxu Ermənistanın baş naziri üçün əlavə bir baş ağrısı yaradıb.

Qəzet qeyd edir ki, yaxın gələcəkdə hökumətin tərkibində bir neçə əsas naziri narahat edən ciddi dəyişikliklər gözlənilir. Nəşrin hökumətdəki mənbələrinə görə, yaxın vaxtlarda bir neçə nazir vəzifələri ilə vidalaşacaq.

Yeri gəlmişkən, xüsusi olaraq bu dəyişikliklər baxımından Səhiyyə naziri Arsen Torosyan və Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Araik Arutyunyanın adlarının vəzifələrindən uzaqlaşdırılması nəzərdə tutulan məmur siyahısında olmaması diqqət çəkir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə