"Prezident Yunanıstan səfiri ilə çox açıq danışdı" ÖZƏL-MÜNASİBƏT
"Prezident İlham Əliyev dünyanın ən güclü diplomatları yetişdirən ali məktəbdə təhsil aldığından və 5 il çoxlu diplomatın formalaşmasında əməyi olduğundan beynəlxalq siyasətdə və diplomatiyada böyük təcrübəyə malikdir. İlham Əliyevin ən üstün xüsusiyyəti sözünü açıq və üzə demək bacarığıdır". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, bu gün Yunanıstanın ölkəmizdə təyin olunmuş yeni səfiri Nikolaos Piperiqkosla görüşü zamanı deyilən fikirlər bir daha bunu sübut etdi: "Görüşdə Prezident qeyd etdi ki, Ermənistan, Yunanıstan və Kipr hərbi əməkdaşlığı bizi narahat etməyə bilməz. Ermənistan Xocalı soyqırımını törətmiş, bir milyon soydaşımızı öz yurdlarından didərgin salmış, mədəni-dini abidələrimizi dağıdan, etnik təmizlənmə siyasətini aparan və beynəlxalq hüquq və normalara məhəl qoymayan bir ölkə olduğundan onunla hərbi əməkdaşlığın edilməsi, xüsusilə Avropa İttifaqına daxil olan bir ölkənin olması bizim üçün arzuolunmazdır. Azərbaycanın Avropa İttfaqı ilə parafladığı "Tərəfdaşlıq Prioritetləri" adlı sənədində Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Ermənistan bizə düşməndir və hər zaman bizə qarşı təxribat törətmək fikrindədir. Ermənistana göndərilən silahlar Azərbaycana qarşı yönəlir və bu ölkə ilə əməkdaşlıq edən hər bir ölkə bunu düşünməlidir. Prezidentin qeyd etdiyi kimi hər ölkə nəyi doğru bilirsə edir. Amma Yunanıstanın bu üçtərəfli əməkdaşlığı bizi narahat edir. 12 iyul hadisələri və təmas xəttini keçməsində tutulmuş erməni zabitinin açıqladığı fikirləri bir daha sübut edir ki, Ermənistan öz bəd niyyətlərindən əl çəkmək fikrində deyil. Bu fikirlərini və Rusiyanın Ermənistana silah göndərilməsindən narahatlığını Rusiya rəhbərliyinə bildirdiyini də bildirməklə cənab İlham Əliyev Yunanıstan səfiri ilə açıq danışaraq bir daha vurğuladı ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz.
Biz bizimlə strateji əməkdaşlıq edən və dost mövqeni bildirən hər bir ölkədən istəyirik ki, Ermənistanla hərbi əməkdaşlığa keçməsin. Ermənistan aqressordur. Onu silahlandıran ölkələr fikirləşməlidirlər ki, onların bu əməkdaşlığı regionda böyük müharibəyə zəmin yaradır. Təbii ki, Erməniləri nə qədər silahlandırsalar da bu gün Azərbaycan Silahlı Qüvvələrin hərbi arsenalı ilə heç vaxt müqayisəyə gəlməz. Ermənilər ianələr və yardımlarla heç vaxt müharibədə Azərbaycanla üzü-üzə dayana bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB