"Bu gün mövcud olan çarpayı yerləri xəstələrimizi 2 dəfə üstələyib" ÖZƏL-MÜNASİBƏT
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib.
Məsələ ilə bağlı SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bunları deyib: “Bu gün pandemiya ilə bağlı dünyada, o cümlədən ölkəmizdə müəyyən tərəddüdlü mövqelər də mövcuddur. Ona görə də Azərbaycan Prezidentinə, dövlət başçısına inam nöqteyi-nəzərindən bu cür açılışlarda iştirakı çox önəm daşıyır. Çünki insanlarımız ilk sözü dəqiq formada dövlətimizin başçısından eşidirlər və onlar Prezidentinə inanırlar. Bu mənada, insanlarımız qanunlara riayət etməli olurlar. O nöqteyi-nəzərdən koronaviruslu xəstələrin müalicəsi üçün yeni modul tipli xəstəxanaların açılışı vacibdir. Bu gün Azərbaycan dövləti cənab Prezidentin rəhbərliyi ilə pandemiyaya qarşı çox ciddi önləyici tədbirlər gördü və dəyərli vasitələr əldə olundu. Bu gün ölkəmizdə 4300 çarpayılılıq 11 modul tipli xəstəxana var. Əgər nəzərə alsaq ki, təxminən 2 min nəfər aktiv koronovirus xəstəmiz var o zaman mövcud olan çarpayı yerləri xəstələrimizi 2 dəfə üstələyib. Ölkə başçısı çıxışlarında hər zaman pandemiyaya qarşı mübarizədə də hamının qanun qarşısında bərabər olduğunu bildirib. Prezidentimizin bu zəhmətini yüksək qiymətləndirirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB