Hökumət malikanələrinin təmiri zamanı mənimsəmə faktı barədə cinayət işi başlanıb

Hökumət malikanələrinin təmiri zamanı mənimsəmə faktı barədə cinayət işi başlanıb

Hökumət malikanələrinin təmiri zamanı törədildiyi iddia edilən sui-istifadə faktı ilə bağlı cinayət işi başlanıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “FactInfo” informasiya yayıb.

İnformasiyaya görə, ilkin istintaq Ermənistan İstintaq Komitəsinə həvalə edilib.
“FactInfo”-nun bundan öncə verdiyi xəbərə görə, Dövlət Nəzarəti Xidməti, Baş nazirlik ofisinin birbaşa nəzarəti altında fəaliyyət göstərən “Konda Şəxsi Ev Təsərrüfatı” tərəfindən aparılan təmir işlərində sui-istifadə hallarını aşkar edib.
Qeyd olunur ki, “Konda Xüsusi Ev Təşərrüfatı”nın balansında yüksək vəzifəli məmurların yaşadığı hökumət sarayları var. Bildirilir ki, hələ 2019-cu ildə, Ermənistanın Baş naziri Nikol Paşinyan və ailəsinə xidmət edən hökumət malikanəsinin binasının əsaslı təmiri və tənzimlənməsi üçün dövlət büdcəsindən təqribən 2 milyon dollar ayrıldığı barədə məlumatlar səs-küy salıb. Üstəlik, bu məbləğ gizli bir qərarla Baş nazirlik ofisinə ayrılıb və təmir çərçivəsində, məlumatlara görə, bir tualet üçün belə milyonlar xərclənib.
Dövlət Nəzarəti Xidməti də aparılan təmir işlərini problemli hesab edir.
“Fakt İnfo”-nun yazılı müraciətinə cavab olaraq, Ermənistan Dövlət Dövlət Xidməti 2019-cu ildə aparılan işlərdə sui-istifadə hallarının qeydə alındığını rəsmən təsdiqləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə