Xarkovda yaşayan azərbaycanlılar müharibə veteranlarını təbrik ediblər - FOTO
"Dostluq" – Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatı öz ənənəsinə sadiq qalaraq bu il də 9 May Qələbə günü münasibətilə müharibə veteranlarını təbrik ediblər. SİA-nın xəbərinə görə, tədbir keçmiş sovetlər birliyinin qəhrəman şəhərlərinin voleybol komandalarının beynəlxalq turniri çərçivəsində baş tutub.
Tədbirə Böyük Vətən Müharibəsinin veteranları ilə yanaşı Xarkov vilayət sovetinin rəhbərləri, Xarkov şəhərinin ali təhsil ocaqlarının nümayəndələri, tələbələr və ictimaiyyət nümayəndələri də qatılıblar.
Tədbirdə çıxış edən "Dostluq" – Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatının sədri, professor Murad Ömərov alman faşizmi üzərində qələbənin 66-cı ildönümü münasibətilə müharibə veteranlarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Natiq qeyd edib ki, Böyük Vətən Müharibəsi illərində, xüsusilə Ukrayna cəbhələrində azərbaycanlılar böyük qəhrəmanlıq və igidlik nümayiş etdiriblər. Daha sonra o, böyük qələbənin təmin olunmasında Azərbaycan neftinin əsas amillərdən birinin olduğunu vurğulayıb.
Müharibə veteranları onlara göstərdikləri qayğıya görə "Dostluq" təşkilatına öz minnətdarlıqlarını bildiriblər. Təşkilatın keçirdikləri belə tədbirləri Azərbaycan Ukrayna münasibətlərinin inkişafına töhfə kimi qiymətləndiriblər.
Tədbirin sonunda müharibə veteranları bayram süfrəsinə dəvət olunublar. Milli geyimli azərbaycanlı gənclər veteranlara qiymətli hədiyyələr və pul mükafatı təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB