Avetik İşxanyan: “Biz onları “ağ genosidi” realizə etmək üçün “dəvət edirik” İTTİHAM

Avetik İşxanyan: “Biz onları “ağ genosidi” realizə etmək üçün “dəvət edirik” İTTİHAM

“Hətta Yaponiyanın Ermənistandakı səfiri Zare Sinanyanın dediklərini öyrənərsə, o sadəcə bu sözlərə istehza edib gülər”. SİA armernianreport-a istinadən xəbər verir ki, bu barədə “Facebook”da erməni hüquq müdafiəçisi Avetik İşxanyan yazıb. Belə ki, erməni hökumətinin diaspora məsələləri üzrə ofisinin rəhbəri Zare Sinanyana görə, güclü dövlətlər çoxmillətli olmur və həmin dövlətlər milli azlıqları özünküləşdirməklə, onların hesabına idarəçilik edirlər. “Hətta erməni çarları da bu prinsipdən istifadə edirdilər”, deyən Sinanyanın sözlərini A.İşxanyan istehza və rişxəndlə qarşılayıb.

Nikol Paşinyanın diaspora məsələləri ilə iş üzrə səlahiyyətlisinin – Z.Sinanyanın fikirlərini “Bu diletantizm deyil, kobudluq və rüsvayçılıqdır”, deyə adalandıran erməni hüquq müdafiəçisinə görə, qarşı tərəf erməni çarlarını nümunə göstərərək, Ermənistana assuriyalıları, ərəbləri və s. millətləri gətizdirib, onları erməniləşdirmək istədiyini yazıb. SİTAT: “Budur dövlət idarəçilyi? Siz bu sözlərinizlə Ermənistanın vətəndaşları olan yezidilərə, assuriyalılara, molokanlara qarşı təhqir ünvanlayırsınız. Axı onlar bu sözləri Ermənistanın dövlət siyasəti olaraq hesab edəcəklər. Mənim özüm də Ermənistana Yaxın Şərqdə əziyyət çəkən yezidilərin, assuriyalıların və s. millətlərin gətizdirilməsi ideyasının tərəfdarıyam. Lakin bu sözlərdən sonra belə hesab etmək olar ki, biz onları “ağ genosidi” realizə etmək üçün “dəvət edirik”.

“Belə qonaqpərvərlik görünməyib”, deyən İşxanyan davam edib: “Axı bu millətlərin milli ləyaqətləri var. Əks halda onlar təqiblərə, təzyiqlərə məruz qalmazdılar. Onun bu zölərinə görə mən onun nəzərdə tutduğu bütün xalqlardan üzr istəyirəm. Lakin Yaponiyanın səfirindən üzr istəməyə ehtiyac yoxdur. Hətta yapon səfiri İşxanyanın bu sözlərini eşitsəydi, sadəcə istehzalı şəkildə gülərdi”.

Xatırldaq ki, Ermənistanın diaspora məsələləri ilə iş üzrə ofisinin rəhbəri Zare Sinanyan yapainların çinlilər və koreyalıların qarışığından əmələ gəldiklərini deyərək, gülünc fikirlər səsləndirib və Ermənistanın başqa xalqların ölkəyə gətirilərək, erməniləşdirmək təklifini irəli sürüb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə