ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) prezidenti Petros Eftimiu mayın 12-13-də Azərbaycana səfər edəcək. Bu barədə ATƏT PA-nın məlumatında deyilir. Petros Eftimiu yüksək vəzifəli məmurlarla, o cümlədən hökumət və parlament rəhbərləri, müxalifət və siyasi partiyaların, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. O, ATƏT-in ölkədəki ofisində də görüş keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB