Ötən ay 2,2 milyon kvadratmetr ərazi minalardan təmizlənib

Ötən ay 2,2 milyon kvadratmetr ərazi minalardan təmizlənib
Aprel ayında 2 milyon 156 min 716 kvadratmetr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 4 min 792 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Ay ərzində 1 tank, bir ədəd piyada əleyhinə mina tapılıb. Əməliyyatlara 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it cəlb edilib.

Qeyd edək ki, indiyədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cəmi 160 milyon 531 min 113 kvadratmetr ərazi təmizlənib, 655 min 37 mina və PHS zərərsizləşdirilib.
Təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Şəmkir, Tərtər, eyni zamanda, Ağstafa rayonunun Saloğlu kəndində və Bakının Qaradağ rayonunun Güzdək qəsəbəsində aparılır.
Onu da bildirək ki, ötən ay 2 mina və PHS hadisəsi qeydə alınıb./AzərTac/

Bütün xəbərlər Facebook səhifəmizdə