Hadisələrdə Ukrayna pravoslav kilsəsinin mövqeyi az rol oynamadı - ŞƏRH
"Belarusda kilsəsinin mövqeyi Ukraynadakı pravoslav kilsəsinin mövqeyi ilə oxşardır, orada da kilsə hadisələrin gedişinə ciddi təsir göstərmişdi. Ümumiyyətlə, xristian ölkələrində baş vermiş inqilabların tarixdəki mövqeyinə nəzər yetirsək, kilsələr bu inqilablarda heç də birmənalı rol oynamayıblar. Kilsə hər zaman inqilabların, dövlət - kilsə və dövlət - din münasibətlərinə necə təsir edəcəyi ilə bağlı mövqelər üzərindən qərarlar verib. Bu da təsadüfi deyil, din uzun müddət hakim dairələrin əlində mövqeyini qorumaq üçün vasitə olub və din xadimləri ilə hakim dairələrin bu mənadakı münasibətləri hakimiyyətin kilsə vasitəsilə cəmiyyət üzərində təsirini artırmaq istəyindən irəli gəlib. Belarus mitropolitinin istefasına gəldikdə isə deyə bilərəm ki, buradakı kilsəsinin mövqeyi Ukraynadakı pravoslav kilsəsinin mövqeyi ilə oxşardır". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.
O, söyləyib ki, Ukraynadakı hadisələrin gedişində də Ukrayna pravoslav kilsəsinin mövqeyi az rol oynamadı: "Ukraynadakı hadisələrə kilsə iki rakursdan yanaşdı. Biri Konstantinopol patriarxının Ukraynadakı hadisələrə mövqeyi, digəri Rus pravoslav kilsəsi ilə münasibətlərə önəm verən Kiyev mitropolitinin mövqeyi. Hər iki kilsənin Ukraynadakı hadisələrə mövqeyi geosiyasi faktor idi. Yəni bir tərəf Qərbin, digər tərəf isə Rusiyanın mövqeyindən çıxış edirdi. Bu mənada Belarus mitropolitinin mövqeyi təəssüf doğurur. Çünki mitropolit ilk baxışda etirazçılarının tərəfini tutsa da, onun işi tərəfləri dialoqa çağıran, barışdırıcılıq olmalıdır. Kilsə qan tökülməsinin qarşısını almalıdır. Kilsə daha çox bir neçə ay ərzində növbəti seçkilərin keçirilməsini ortaya qoya bilərdi. Bu seçkilər Belarusda seçkilərin legitimliyi ilə bağlı hadisələrə aydınlıq gətirərdi. Hadisələrin gedişatını müşahidə edən ekspertlər anlayırlar ki, Qərbin Belarusdakı hadisələrə maraqlarında söhbət, eynilə Ukrayna ssenarisinin bu ölkədə tətbiqindən gedir. Təsadüfi deyil ki, Avropa İttifaqı etiraz edənlərə dəstək fonduna 63 milyon avro pul köçürmək niyyətindədir. Artıq Qərb politexnoloqları Belarusda baş verəcək inqilabın adını da düşünüblər. Bu “Başmaqçılar inqilabı" adlanacaq. Bu inqilaba maliyyə dəstəyi olaraq indiyədək 1 milyarda yaxın vəsait köçürülüb. Maraqlıdır MDB məkanında baş verən inqilablara Qərbdə ad da düşünürlər. Perspektivdə Belarus inqilabının da “Başmaqçılar” adı altında tarixə düşmə ehtimalı çox böyükdür. Biz perspektivdə Belarus kilsəsinin də Ukrayna pravoslav kilsəsi kimi parçalanacağını müəyyənləşdirə bilərik. İnqilabadək Belarus pravoslav kilsəsinin rəhbərliyində təmsil olunan müəyyən şəxslərin Qərblə müxtəlif əlaqələr qurmasını da istisna etmirəm”.
Politoloq qeyd edib ki, Belarusda Lukaşenkonun devrilməsini istəyənlər əsasən gənc, Polşa kimi dövlətlərdə təhsil almış gəclərdir: “Belarusda mövcud iqtisadi durumu nəzərdən keçirsək görərik ki, burada insanların gəlirləri bir sıra MDB ölkələrindəkindən daha çoxdur. Bundan başqa Belarusda əhalinin savadlı kütləsi 44 faiz təşkil edir. Müqayisə üçün deyim ki, bu göstərici Azərbaycan üçün 22 faizdir. Undan başqa Belarusda maşınqayırmanın müxtəlif sahələri çalışır. Xüsusən kənd təsərrüfatı texnikası traktordan tutmuş digər vasitələrə kimi ölkədə istehsal olunur. Hətta Belarus zavodları xarici tələbatı da ödəmək üçün yüksək rentabelle maşınlar istehsal edir. Lukaşenkonun devrilməsini istəyən gənclərin Polşaya gedən bir qisminin Qərbin xüsusi xidmət orqanları ilə əlaqə qurduqlarını da istisna etmirəm. Görünür ki, onlar ölkənin ictimai-siyasi və humanitar həyatında yeniliklər istəyirlər. Psixoloji cəhətdən bir nəfərin də uzunmüddətli hakimiyyəti insana yorğunluq gətirir. Belarusun da ən ciddi problemi budur. Yəni Lukaşenko hakimiyyətinə qarşı ciddi narazılıqlar, onun uzunmüddətli prezidentlik dönəmində cəmiyyətin ictimai-siyasi və ictimai durumunda doğurduğu problemdir. Yəni Lukaşenko hakimiyyətinin Belarus cəmiyyətində sosial-ictimai problemlər kontekstində ciddi narahatlıqları olmayıb. Əksinə, bu naliyyətlərin hər biri digər MDB dövlətlərinin hansında olsaydı, sosial motivasiya baxımından orada inqilabın baş verməsi anlaşılan olmazdı. Bu psixoloji durumdur. Eyni zamanda Belarusda Qərbdəki siyasi institutların olmaması, azad söz, vidan azadlığı, mətbuat azadlığı ilə bağlı məsələlər gəncləri düşündürən məsələlərdir”.
E.Manafov Belarusda qeyri-leqal şəkildə varlanan zənginlərdən də danışıb və bildirib ki, Sovetlər kimi totalitar ölkədə belə qeyri-leqal şəkildə varlanmış insanlar olublar: "Xüsusən Xruşovun sovetlər ölkəsində hakimiyyətə gəlişindən sonra qeyri-leqal şəkildə varlanma tendensiyalarını müşahidə etdik. Azərbaycanda da Heydər Əliyev iqtidarda olan dövrdə bu insanlara qarşı korrupsiya mübarizəsi aparılırdı. Bu mənada Belarusda da sistem oliqarxlarının olmasını istisna etmirəm. Uzağa getmək lazım deyil. Lukaşenkonun əsas rəqiblərindən biri olan Babriqo Belarus “Qazprom”unun simalarından biri idi. Onun Rusiya “Qazpromu” ilə ciddi münasibətləri vardı. Bu kifayət qədər maliyyə imkanları olan şəxs idi. Lukaşenkonun onu zərərsizləşdirməsi təsadüfi deyildi. Çünki böyük siyasət böyük pullar tələb etdiyi üçün Babriqonun Lukaşenkoya seçki marafonunda ciddi rəqib olacağı istisna deyildi. Amma Belarusda Ukraynada olduğu kimi oliqarxların ölkənin ictimai-siyasi və iqtisadi həyatına ciddi təsir imkanları barədə məlumata rast gəlməmişik. Olsa da, onların Belarusun ictimai-siyasi həyatına təsiri digər ölkələrlə müqayisədə güclü olmayıb. Belarusda inqilabın baş tutma ehtimalının böyük olması həmi də Qərbin etirazçıların fonduna 63 milyon avro ayırması ilə bağlıdır. Qərb etirazçıları dəstəkləmək adı altında əslində 63 milyon avronu ona görə ayırır ki, Belarusda çalışan fabrik və zavodlar işləməsin. Belarus inqilabını tətikləyən digər bir məqam Qərbin dəstəyi ilə ölkə oliqarxlarının 300-dən çox rentabelli zavodların səhmlərinin özəlləşdirilməsidir. Zamanında Sovet İttifaqının çökməsində də bu tendensiyalar özünü göstərdi. Yəni siveti mökdürən mühüm amillərdən biri də onun nəhəng iqtisadiyyatının çökdürülməsi oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB