Əli Kərimlinin Fuad Qəhrəmanlı üzərində “məzlumluğu” davam edir TƏRS BAXIŞ
Və ya AXCP sədrinin məqsədi çoxdan məlumdur
Ailəsinə qarşı xüsusi aqressiyası, qəddarlıq və mozaxistlik həvəsi ilə bir müddət əvvəl gündəmə gələn AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı şousu hələ də davam edir. Söz yox ki, bu şounun əsas maraqlı tərəfi Əli Kərimlidir. Çünki bu gün onun üçün ən vacib olan məsələ gündəmdə qalmaqdır. Məsələn, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü, aqressiv davranışı və qabalığı ilə seçilən, bu məzmunda törətdiyi cinayətinə görə həbs olunmuş Tofiq Yaqublunun məhkəməsi ətrafında oyunbazlıqlar göstərib, “əzabkeşlər” tamaşasını nümayiş etdirən AXCP sədri üçün əsas amil “nə qədər çox həbslər olarsa, bir o qədər də xeyirdir” konteksti sərfedicidir.
Sən demə, Fuad Qəhrəmanlı ondan imtina etmiş ailəsinə o qədər “bağlı imiş” ki, onun “dərdi” Əli Kərimlini də gecələr yatmağa qoymurmuş...
Eləcə də, F.Qəhrəmanlının ətrafında da eyni mühit yaradılır və cəbhəçilərin sədri bu mühit ətrafında gündəmdə qalmağa cəhdlər göstərir. Ancaq necə? Məsələ ondadır ki, Ə.Kərimli və digər cəbhəçi trollar “facebook” hesablarında F.Qəhrəmanlı ilə bağlı hay-haray qaldırırlar ki, guya ailəsi ondan xəbər tuta bilmir və s. Sən demə, F.Qəhrəmanlı ondan imtina etmiş ailəsinə o qədər “bağlı imiş” ki, onun “dərdi” Ə.Kərimlini də gecələr yatmağa qoymurmuş...
Ancaq gəlin-görək, Ə.Kərimli unudubmu ki, F.Qəhrəmanlı ilə birləşib vaxtilə onun ailəsinə, həyat yoldaşına və qız övladlarına hansı işgəncələri veriblər?...
AXCP sədrinin sərgilədiyi tamaşanın bir ucu gedib-çıxır qrant maraqlarına
Yaxud bu, həmin AXCP sədri deyilmi ki, F.Qəhrəmanlı həyat yoldaşı Zümrüd Yağmurun barmaqlarını qıranda, qız övladının diz qapağını zərbə ilə zədələyəndə “AXCP-nin və bizim nüfuzumuza görə dözməlisən” deyirdi? İndi nə baş verdi və necə oldu ki, Ə.Kərimlidə “humanizm” yarandı və üstəlik, zərbə alanları deyil, zərbə vuranı “əzabkeş”, “məzlumkeş” kimi təqdim etdi? Əslində isə, bu, bir bəhanədir. AXCP sədrinin sərgilədiyi tamaşanın bir ucu gedib-çıxır qrant maraqlarına və bu ətrafdaca “ağlaşma”, “dizədöymə” səhnələrini qurur. Əbəs deyil ki, Əli Kərimli Fuad Qəhrəmanlının adını “Amnesty İnternational”ın hesabatına saldırıb və indi də cibini açıb, qrantını gözləyir...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB