Margin radikalların çirkin niyyətləri üzə çıxdıqca…

Margin radikalların çirkin niyyətləri üzə çıxdıqca…

Yaxud “Milli Şura"nın “zoom konfransı”nın macaraları…

“Milli Şura” hələ yaranmamışdan qabaq “böyük arzularla” yaşayırdılar. Elə zənn edirdilər ki, artıq bu dəfə “istəklərinə çatacaqlar”. Ancaq anlamırdılar ki, xalq bu günkü müxalifətin bir illik fəaliyyyətindən çəkdiklərini çəkdilər, gördüklərini gördülər. Və elə 2003-cü ildən də heç bir şey lazım olmayan tryapka kimi atdılar o üfunət iyi verən zibilxanaya. Bir də bu ölü qurum yaranmamışdan öncə deyilirdi ki, o, perspektivi olmayan, “ölü doğulmuş" bir təşkilat olacaq. Xüsusilə də, Yeni Azərbaycan Partiyasının rəhbərliyi, funksionerləri dəfələrlə mətbuata açıqlamasında bildirmişdilər ki, “Milli Şura” anti-azərbaycançı dairələrin layihəsidir və onun perspektivi görünmür və yaranması ilə dağılması arasında vaxt az olacaq. Məhz, bu gün artıq söylənilənlər bu gün göründü.

Aydın məsələdir ki, istənilən siyasi qurumun və ya təşkilatın səmərəli fəaliyyəti üçün ideologiya mütləq lazımdır. Çünki ideologiya həmin təşkilatın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, onun hansı amal uğrunda mübarizə apardığını ortaya qoyur. Lakin "Milli Şura" elə yarandığı gündən fəaliyyətini o qədər primitiv və qeyri-müəyyən şəkildə göstərdi ki, onun ideologiyasız şəraitdə "işlədiyini" güman etmək də heç də çətin olmur. Yəni, onun tərkibində daxil olmuş Müsavat, AXCP, ACP, ALP və digərlərinin hər birinin özünəməxsus fəaliyyət istiqaməti və inancları var idi. Bu da reallıqdır ki, adları çəkilən partiyaların böyük əksəriyyəti 1988-ci ildə başlanmış azadlıq hərəkatının sosial bazası əsasında yaradılıb. Və nəzərə alsaq ki, bu gün əsas ideologiyası Dağlıq Qarabağ, sonradan ölkənin müstəqilliyi olan azadlıq hərəkatının missiyası tam başa çatdı, o zaman, bu partiyaların da yenidən qurulmasına, dəyişməsinə ehtiyac yarandığını tam mənada söyləmək olardı. Ancaq nə Müsavatın, nə AXCP-nin, nə digərlərinin konkret ideologiyası olmadığı üçün hər biri ayrı-ayrılıqda başlarından böyük layiq olmadıqları istəklərdə idilər. Çünki onların əsas ideologiyası satqınlıqdır. Baxın, Müsavat Dağlıq Qarabağı ermənilərə “bağışlayan” sənədə imza atıb, AXCP hələ çoxdan torpaqlarımızı 2000 dollara satıb - yəni bütün bunlar ictimaiyyətin diqqətindən və yaddaşından çıxmayıb. Eyni zamanda, ideologiyasızlıq şəraitində "Milli Şura" daxilində ciddi qarşıdurmalar yaşanmağa başladı.

İdeologiyasız fəaliyyət göstərən “Milli Şura” mütləq mənada məğlubiyyətə düçar olacaq. Hələ də “Milli Şura” daxilində yer alanlar bir dəfə də olsun özlərinə sual etməyiblər ki, insanlar nə üçün onlara səs verməlidir? Niyə “Milli Şura”nın satqın fəaliyyətinə dəstək olmalıdır? Demək ki, ideologiya hər şeyi həll edir. Elə 1992-ci ildə yaradılarkən güclü, müstəqil və yeni Azərbaycan - vəd edən Yeni Azərbaycan Partiyası 6 aydan sonra xalq tərəfindən hakimiyyətə gətirildi. Niyə?. Çünki Yeni Azərbaycan Partiyasının xalqa xidmət edən ideologiyası, milli fəaliyyəti var idi. Budur, idiologiya, mili fəaliyyət.

Qoca rejissor Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazovu, Rəsul Quliyevi, Mehman Əliyevi və digərləri Azərbaycan xalqının yaddaşında silinməz xəyanət izləri qoymuş fəaliyyətləri var.

"Milli Şura"nın siyasi ambisiyalıları…

Elə götürək “Milli Şura”nın “vahid namizədi” Rüstəm İbrahimbəyovu. O, həyatının böyük bir hissəsini Azərbaycandan kənarda yaşayıb və düşüncəsi də, mentaliteti də yadlaşıb və heç bir zaman Azərbaycan xalqını anlaya bilməyəcək. Eyni zamanda, Rüstəm İbrahimbəyovun iddialarının Azərbaycan xalqının milli maraqlarından irəlidə durması onun siyasi perspektivinin üzərində qalın xətt çəkir. Xalqın yaddaşındadır ki, 2008-ci ildən sonra qoca rejissor siyasi ambisiyalarını ortaya qoymağa başladı və bu da ermənilərin dəstəyi ilə reallaşdı. Rəhbəri olduğu AKİ-nin bütün resurslarını istismar edən, dövlət torpaqlarını zəbt edən, vergidən yayınan qoca rejissor şantaj vasitəsilə Şəhidlər Xiyabanını da restoranlar şəbəkəsinə çevirmək niyyətində idi. Amma ictimaiyyətin kəskin reaksiyası və milli hakimiyyətin qəti mövqeyi Rüstəm İbrahimbəyovun ermənilərlə birgə planının qarşısı alındı.

Yaxud da, İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev də anti-milli fəaliyyətilə xalqın yaddaşındadır. Adları çəkilən və yaxud çəkilməyən anti-milli ünsürlərin xəyanətkar əməlləri haqqında geniş danışmağa ehtiyac da yoxdur. Çünki, onlar bunu hər danışıqlarında və addımlarında isbatlayıblar.

Göründüyü kimi, “Milli Şura” siyasi strategiyası olmayan “Milli Şura” bu günə kimi xalq tərəfindən qəbul olunmayıb. Düşdükləri bu durumdan çıxmaq üçün başladılar dövləti, satqın, mənəviyyatsız Qənimət Zahid dediyi kimi hakimiyyəti şərləməyə. Elə zənn etdilər ki, bu pandemiya zamanında “zoom iclaslar” keçirsinlər. Bu isə, necə deyərlər, “qaş düzəltdikləri yerdə” vurdular o kor olan gözlərini çıxarmağa. Qiybətxana məskanına çevrilən “Milli Şura” dakılar danışıqları, davranışları və savdsızlıqları ilə bir daha nə qədər iyrənc əxlaqa, mənəviyyatsızlığa, istifadə olunmuş alətə, daha doğrusu hətta ayaqqabı silməyə belə gərək olmayan "tryapka" olduqlarını göstərdilər. Bir sözlə, özləri özlərini kəfənsiz, mollasız dəfn etdilər. Çünki artıq xalq “Milli Şura” deyilən ölü qurumun radikal müxalifətin tabutu olduğunu deyir. Bir də, “Milli Şura”nın bu dərəcədə rəzilləşməsi, öz dövlətinə, millətinə münasibətdə düşmənlə eyni mövqeni bölüşməsində, əslində yeni bir şey yoxdur!

İllərdir, siyasi səhnədə o, məhz belə rəzil və çirkin rollar oynayıb və bu gündə oynayır. Xalqının, millətinin, vətəndaşının və dövlətinin güzəranının pisləşməsinə sevinənlərin, ondan öz məqsədləri, öz təbliğatları üçün istifadə edənlərin bir adı ola bilər - Xalq düşmənləri!!! Nə gündəsiniz. Bəlkə kifayətdir, abırsızlıq bu qədər olmaz, qaldıqca daha çox meymunluq edəcəksiniz, haraya qədər!.. Onsuz da ölüsünüz!!!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə