"SƏS" qəzetinin etdiyi yenilik Azərbaycanda gözlənilən nəticəni verəcək - MÖVQE ÖZƏL-VİDEO

"SƏS" qəzetinin etdiyi yenilik Azərbaycanda gözlənilən nəticəni verəcək - MÖVQE ÖZƏL-VİDEO

"SƏS" qəzetini bu uğurlu layihəsi münasibətilə təbrik edirəm. Həqiqətən də əhəmiyyətli bir yenilikdir. "SƏS" qəzeti özünü yeniləşdirmə, təkmilləşdirmə və qəzet texnologiyasında müasir trendlərin özfəaliyyətinə tətbiq olunması nöqteyi nəzərdən çox əhəmiyyətli bir addım atıb. Bildiyim qədərilə bu Azərbaycanda ilk təcrübədir və əminliklə deyə bilərəm ki, müasir dünya qəzetçiliyində, çap mediası tarixində, onun müasir vəziyyətində ən yeni texnologiyadır". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu yenilik oxucunun işini xeyli dərəcədə asanlaşdırır: "Həm də çap medianın informasiya ilə əhatə dairəsini xeyli dərəcədə genişləndirir. Eyni vaxtda qəzeti əlinə götürən oxucu həm də onun videobloku ilə tanış olmaq imkanı əldə edir. Yəni, internet media resurslarına daxil olmaq üçün müəyyən cihazlardan istifadə etmək yox, birbaşa qəzetin özünün vasitəsilə onun videoblokuna daxil olmaq imkanı əldə olnur. Həmçinin cəmiyyətin video informasiya bloku ilə daha yaxından tanış olması üçün imkanlar açır".

A.Quliyevin fikrinə görə, bu yeniliyin tətbiqinin Azərbaycanda gözlənilən nəticəni verəcək: "Digər qəzetlər də təbii ki, bundan istifadə edəcəklər. Bu ideya şəxsən mənim özümün çox xoşuma gəldi və bu proqramın tətdiq olunması üçün artıq müəyyən planlar var. Mütləq "Bakı Xəbər" qəzeti də belə bir yeniliyə imza atacaq. Bu layihə həm qəzetin özünə vizual olaraq baxmaq, həm də texnologiyanın imkanlarından istifadə edərək qəzetin video məlumat blokuna daxil olmaq imkanları verir. Bu uğurlu yenilik münasibətilə "SƏS" kollektivini bir daha təbrik edirəm".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə