Əli Kərimli, Nigar Həzi və cəbhəçi trollar məhkəməyə təzyiq göstərirlər FOTOFAKT
YAP GB: “Onların sosial şəbəkələrdə məhkəmə prosesini siyasiləşdirməsi əməlləri cinayət işinin obyektiv araşdırılmasına və hökmün verilməsinə təzyiqdir, çox güman ki, hüquq-mühafizə orqanları, məhkəmə bu işlə məşğul olacaq”
YAP-ın Gənclər Birliyinin (GB) Sosial media qrupunun rəhbəri Ramil Vəlibəyov AXCP sədri Əli Kərimlinin göstərişi ilə Tofiq Yaqublunun məhkəməsinə edilən təzyiqləri, şahidlərin təhqir olunması əməliyyatını ifşa edən status paylaşıb. SİA ifşaedici yazını izahlı olaraq oxucuların diqqətinə çatdırır.
“Bildiyiniz kimi, siyasi mövqeyi və partiyalılığı bəlli olmayan, saxta veteran yarlıqı ilə Əli Kərimlinin trolluğunu edən, Şamaxıda hansı vəziyyətdə vəfat edən qızını yaddan çıxarıb sosial şəbəkələrdə müəllimləri, həkimləri pozğun deyə təhqir edən çapulcu Tofiq Yaqublunun törətdiyi cinayəti üzrə məhkəmə prosesi gedir”, xatırladan YAP GB-nin sosial media qrupunun rəhbəri qeyd edib ki, hər gün məhkəmə prosesindən əvvəl və sonra Əli Kərimlidən tutmuş qızı Nigar Həziyə qədər kameralar qarşısında konsert verilir, hətta məhkəmədə iştirak edən şahidləri çəkib təhqir və təzyiqlər edirlər. SİTAT: “Əlbəttə ki, onların sosial şəbəkələrdə məhkəmə prosesini siyasiləşdirməsi əməlləri cinayət işinin obyektiv araşdırılmasına və hökmün verilməsinə təzyiqdir, çox güman ki, hüquq-mühafizə orqanları, məhkəmə bu işlə məşğul olacaq. Amma məsələnin çox maraqlı tərəfi odur ki, Əli Kərimli başda olmaqla Tofiq Yaqublunun ailəsi şahidlərin şəkillərini, videolarını sosial şəbəkələrdə yayır və onları məqsədli şəkildə təhqir etdirirlər”.
“Axı alın təri ilə bazarda işləyib çörək pulu qazanan sadə bir vətəndaşı – ana və oğulun necə şərəf və ləyaqətini alçaltmaq olar?”
Bu kimi halların AXCP sədri və trolları tərəfindən ilk dəfə deyil törədildiyini xatırladan YAP GB-nin səhifəsində o da bildirilir ki, bənzər vəziyyət bir çox insanların başına gətirilib: “Doğrudur, çox tanış mənzərədir. Bir çox insanın başına gəlib. Amma sadə bir vətəndaşın bu hala salınması hər kəsi hiddətləndirir. Axı alın təri ilə bazarda işləyib çörək pulu qazanan sadə bir vətəndaşı – ana və oğulun necə şərəf və ləyaqətini alçaltmaq olar? Bu, hansı mənəviyyata, əxlaqa sığar axı?
Birinci şəklə diqqətlə baxın. Ana və oğul hansı formada təhqir olunur. Hətta subliminal çağırış da var ki, 3-5 cəbhəçi sabah insanların içində onları təhqir və şahidlikdən imtina etməyə məcbur etsinlər. İkinci şəkilə də diqqətlə baxın. Nigar Həzi və atası Tofiq Yaqublu 15 yaşlı oğlana şərəfsiz deyirlər. Axı nə üçün? Onlar şahiddirlər, ona görəmi? Onlar Tofiq Yaqublunun cinayət əməlinin şahidi olublar, ona görəmi? Onlar Tofiq Yaqublunun sadə insanları vintaçanla yaralamasını görüblər, ona görəmi? Sabah həmin şəkilləri paylaşılan şəxslər təhqirlərə dözməyib intihar etsələr, o zaman kimdir günahkar? Məsuliyyət kimin üzərində olacaq? Əlbəttə ki, ilk növbədə Əli Kərimlinin və Nigar Həzinin”.
“Başda Əli Kərimli olmaqla cəbhəçilərin və Tofiq Yaqublunun ailə üzvlərinin şouları, məhkəməyə təzyiqləri Tofiq Yaqublunun cinayət törətməsi haqqında fikirləri daha da qətiləşdirmirmi?”
“Axı hansı səbəbə görə Tofiq Yaqublu törətdiyi cinayətin cəzasını çəkməməlidir” - sualı edilən yazıda digər suallar da irəli sürülür: “O niyə cinayət törədib, əlini-qolunu sallayıb gəzməlidir? Başda Əli Kərimli olmaqla cəbhəçilərin və Tofiq Yaqublunun ailə üzvlərinin şouları, məhkəməyə təzyiqləri Tofiq Yaqublunun cinayət törətməsi haqqında fikirləri daha da qətiləşdirmirmi? Bəs, niyə Nigar Həzi cəzalandırılmır? Axı bu, sadə vətəndaşa qarşı mənəvi hücumdur. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, insanların şərəf və ləyaqətləri təhqir olunur, alçaldılır. Niyə hansısa çapulcunun ailə üzvləri məhkəmə prosesinə təzyiq etməlidir, insanları təhqir etməlidir, lakin cəzasız qalmalıdır?
Bu cür hərəkətlər ictimaiyyətdə hiddət doğurur. Niyə cəbhəçilər qanun tanımır? Onlar istədiyi insanı təhqir edəcək, vuracaq, döyəcək, öldürəcək, amma sosial şəbəkələr təzyiqi vasitəsilə azadlıqda qalacaq? Yaxud da ki, hansısa Əli Kərimlinin trolu məhkəməyə düşəcək, lakin sosial şəbəkələr vasitəsilə hakimin, şahidin şəkilləri yayılacaq və məhkəmə prosesinə təzyiq ediləcək, o da cəzadan yaxasını qurtaracaq?”
“Əgər bu gün bu cəbhəçilərə, radikallara qanunun aliliyini nümayiş etdirməsək, onlar sabah daha böyük cinayətə əl atacaqlar”
YAP GB-nin sosial qrupunun rəhbəri ümid etdiklərini bildiriblər ki, əgər kimlərsə məhkəməyə təzyiq edirlərsə, şantaj və böhtan atırlarsa, insanları təhqir obyektinə çevirirlərsə buna görə qanun qarşısında cavab verməlidirlər. Əks halda radikalların ayaqları yer alacaq və daha qatı cinayətlərə, təhqirlərə getmək üçün çalışacaqlar: “Ümid edirəm ki, aidiyyatı qurumlar bu məsələyə münasibət bildirəcək, qanun çərçivəsində həmin şantajçıların dərsi veriləcək. Əgər bu gün bu cəbhəçilərə, radikallara qanunun aliliyini nümayiş etdirməsək, onlar sabah daha böyük cinayətə əl atacaqlar. Hətta, bir gün onları qəbul etməyən insanları kütləvi şəkildə linç etməyə, xalqı alçaltmağa başlayacaqlar...”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB