Hindistanda itən əyalət baş nazirinin cəsədi tapılıb

Hindistanda itən əyalət baş nazirinin cəsədi tapılıb
Hindistanın Arunaçal Pradeş əyalətinin baş naziri Dorjee Xandu və onunla bərabər 4 adamı daşıyan vertolyotun dağıntıları tapılıb. SİA-nın xəbərinə görə, Xandu və onunla bərabər olanların öldüyü məlum olub. Təxminən 5 gün davam edən axtarışlara döyüş təyyarələri, vertolyotlar, peyklər və 10 min vətəndaş ilə 3 min əsgər çalışıb. Çin sərhədindəki əyalətin qarla örtülü Himalay bölgəsində düşən vertolyotun qalıqları isə dünən müəyyənləşib.

Qeyd edək ki, Xandu Hindistanda 2 il içində vertolyot qəzasında ölən ikinci əyalət baş naziri olub. Daha əvvəl 2009-cu ildə Andhra Pradeş əyaləti baş naziri Rajasekhara Reddy və 1997-ci ildə mərkəzi hökumət naziri NVN Somu da vertolyot qəzalarında həyatlarını itiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə