“Təxribatlar göstərir ki, ermənilər mənfur niyyətlərindən əl çəkmirlər” ÖZƏL-MÜNASİBƏT
Ermənilər tarixən terror, təxribat törətməklə, qətllər etməklə, başqa xalqların, millətlərin nümayəndələrini işgəncələrə məruz qoymaqla, ad çıxarıblar və tarixən Azərbaycan xalqının, türklərin başına gətirdikləri müsibətlər hər bir kəsə, bütün dünyaya məlumdur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.
Millət vəkili vurğulayıb ki, son dövrlərdə Azərbaycana qarşı aparılan təcavuz də bunu deməyə əsas verir və son təxribatlar bir daha göstərir ki, ermənilər bu mənfur, çirkin əməllərindən əl çəkmirlər, heç əl çəkmək fikrində də deyillər.
“Goranboy sərhədd zonasında Qurgen Alaverdiyanın təxribat törətmək cəhdi bir daha bunu sübut elədi. Sözsüz ki, bu təxribat cəhdləri dəfələrlə olub. Hələ 2014-cü ildə erməni kəşfiyatçısı Baqdasaryan Arsen Eduardoviçin sərhədd zonasını keçməsi cəhdinin, 2018-ci ildə Karen Qazaryanın təxribat törətmək, sərhəddə ixtişaş yaratmaq cəhdinin, azərbaycanlıları girov götürmək cəhdlərinin Azərbaycan Ordusunun igid əsgərləri tərəfindən qarşısı alınıb və həmin şəxslər öz layiqli cəzalarını alıblar. Bu dəfə də avqustun 23-də Goranboy ərazisində Qurgen Alaverdiyanın rəhbərliyi ilə erməni diversiya qrupu yeni bir təxribat cəhdi törətməyə səy göstərib, ancaq yenə də erməni tərəfi ciddi itgi verib və diversiya qrupunun rəhbəri əsir götürülüb, tutulub. Bilirsiniz, artıq faktlar sübut edir ki, bu insan Kəlbəcərdə müəyyən qruplaşmalar yaratmaqla, adamlara işgəncələr verməklə, yeni Azərbaycan torpaqlarının işğal olunmasında fəal iştirak etməklə, silah əldə etmək və həmin silahlardan Azərbaycana qarşı istifadə eləmək məqsədi ilə daimi fəaliyyət göstərib. Bütün bu faktlar Ermənistanın təcavüzkar bir dövlət olduğunu bir daha sübuta yetirir. Belə bir hadisənin Ermənistanın müdafiə nazirinin xaricə səfəri zamanı baş verməsi də təsadüfi deyil və şübhəlidir. Çünki, bununla Ermənistan rəhbərliyi iyul hadisələri təxribatı zamanı aldıqları ağır zərbənin əvəzini çıxmaq fikrindədirlər. Tovuz ərazisində bir daha onlar təxribat eləməyə cəhd elədilər, lakin Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cavablarını aldılar və külli miqdarda itgi verdilər. İtgi verdilər və bu dəfə də bu təxribatın törədilməsi ilə onlar həmin itgilərin əvəzini çıxmaq, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə bir ziyan vurmaq, onları qətlə yetirmək məqsədi daşıyırdılar. Ancaq, çox sevindirici haldır ki, Azərbaycan Ordusunun əsgərləri sayıqdırlar, sayıqlıq göstərdilər və bu dəfə də təxribatın qarşısı vaxtında alındı.
İndi Ermənistan tərəfi, Ermənistanın bir çox hakim dairələri beynəlxalq təşkilatlara müraciət edirlər ki, guya Qurgen Alaverdiyan azaraq Azərbaycan tərəfə keçib və onun tutulması, onun həbs olunması qanuna uyğun deyil, müəyyən beynəlxalq normalara ziddir. Ancaq bunun heç bir əsası yoxdur. Artıq bizim Kəlbəcərli sakinlərimiz, Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında görülən tədbirlər bütün dünyaya məlumdur ki, onlar öz ata-baba torpağına keçib öz valideyinlərinin məzarını ziyarət edərkən tutulublar və onlarda heç bir silah, heç bir təxribat xarakterli məlumat aşkar olunmamışdırsa da onlara ermənilər ağır işgəncələr verirlər və onlar bu gün də Ermənistan tərəfindən həbsdə saxlanılırlar.
Bu gün erməni tərəfi bizi çaşdırmaq, fikri tamam başqa səmtə yönəltmək arzusundadırlar ki, belə hallar guya sərhədd zonasında ola bilər. Ancaq, əldə olunmuş məlumatlar, Qurgen Alaverdiyanın üzərində olan silah, hərbi sursat sübut edir ki, bu, təxribat xarakterli məlumatlar yaymaq, Azərbaycan Ordusunun vəziyyətini öyrənmək, onun müəyyən qaydada hərbi sirlərini əldə etmək üçün təşkil edilib və diversiya olaraq dəyərləndirilir. Bu faktlar bir daha göstərir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək niyyətində deyil. Son hadisələr bir daha onu deməyə əsas verir ki, Ermənistan təcavüzkar bir dövlətdir və o təcavüzkarlığını da davam elətdirir. İstər BMT qətnamələri olsun, istər bir çox beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdikləri qərarlar olsun, Ermənistan tərəfi heç bir norma və prinsplərə məhəl qoymur, etinasızlıq göstərir. Əlbəttə ki, burada Azərbaycan tərəfi öz sözünü deyir, Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan dəfələrlə xatırladıb ki, Azərbaycanda ikinci bir Ermənistan dövlətinin yaradılmasına heç cür imkan verilməyəcək, Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan torpağı olaraq da qalacaq. Bunun üçün heç bir güzəşt ola bilməz və Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır, təcavüzə son qoymalıdırlar. Lakin, təəssüflər olsun ki, bu təcavüz davam elətdirilir və bizi təəccübləndirən, bizi hiddətləndirən beynəlxalq təşkilatların, xüsusilə, ATƏT-in Minsk Qrupunun belə hallara qarşı laqeyid münasibət göstərməsidir. Çünki, bu qurum bilavasitə bu məsələ ilə məşğul olur və elə bilirəm ki, belə faktlara obyektiv qiymət verilmlidir və təcavüzkarın yerində oturdulması, onun öz səhvlərini etiraf etməsi üçün lazımi tədbir görməlidir. Azərbaycan tərəfi bu gün də hadisələrə müsbət münasibətdədir. Azərbaycan tərəfi bu gün də münaqişənin dinc yolla həll olunmasının tərəfdarıdır. Ancaq çox təəssüflər olsun ki, Ermənistan rəhbərliyində olan millətçi insanlar bu məsələlərin həllində yanlış mövqe tuturlar və bu gün də Azərbaycana qarşı təcavüzü davam etdirmək siyasəti yeridirlər.
Sözsüz ki, Azərbaycan Ordusu qüvvətlidir, qüdrətlidir. Ölkə rəhbərinin dediyi kimi, biz hər bir təxribatın, hər bir hücumun qarşısını almaq iqtidarındayıq. Azərbaycan Ordusu hər bir an Ermənistan ordusunu, Ermənistan silahlı qüvvələrini yerində oturtmağa qadirdir. Elə bilirəm ki, bu hadisələrin baş verməsinə beynəlxalq təşkilatlar öz münasibətlərini bildirəcəklər”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB