Şərqşünas alimlərimizin məqalələri Misir, İordaniya və BƏƏ-nin KİV-lərində
Azərbaycanlı şərqşünas alimlərim məqalələri Misir, İordaniya və BƏƏ-nin məşhur bir sıra qəzet, informasiya portalları və xəbər agentliklərində nəşr olunub. SİA-nın məlumatına görə, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşları - aparıcı elmi işçi, t.ü.f.d.,dos. Sübhan Talıblı və elmi işçi, şərqşünas Elnur Mustafayevlə birgə hazırladıqları "Azərbaycan Respublikasının enerji diplomatiyası" adlı məqalə bir neçə Ərəb ölkəsinin məşhur xəbər agentlikləri və informasiya portallarında nəşr edilmişdir. Birləşmiş Ərəb Əmirliyinə məxsus, geniş oxucu kütləsinə malik gündəlik "əl-Fəcr" qəzetində yuxarıda qeyd edilmiş məqalə Ərəb dilində nəşr olunmş və məqalədə Azərbaycanın neft və qaz istehsalının tarixi əsaslarından, habelə Azərbaycan müstəqillik əldə etdikdən sonra enerji sahəsində həyata keçirdiyi layihələr haqqında bəhs edilmişdir. Bundan başqa, BƏƏ-nin AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşları - aparıcı elmi işçi, t.ü.f.d.,dos. Sübhan Talıblı və elmi işçisi, şərqşünas Elnur Mustafayevlə birgə hazırladıqları "Azərbaycan Respublikasının enerji diplomatiyası" adlı məqalə Birləşmiş Ərəb Əmirliyinə məxsus "dubaiiconiclady" xəbər portalında (https://www.dubaiiconiclady.com/2020/08/24/111941?fbclid=IwAR1CWbm0OUESTBgPefHdJfHRpkrN4asdJFL2sIpRlAy_vmA7LVEljSVHch8), "Azərbaycan Respublikasının enerji diplomatiyası" adlı məqalə Birləşmiş Ərəb Əmirliyinə məxsus "Emirates-torism" xəbər portalında
"Azərbaycan Respublikasının Enerji diplomatiyası" adlı məqalə Birləşmiş Ərəb Əmirliyinə məxsus "dubaihospitalitynews" xəbər portalı,
(https://www.dubaihospitalitynews.com/2020/08/24/107245/) "Azərbaycan Respublikasının Enerji diplomatiyası" adlı məqalə Birləşmiş Ərəb Əmirliyinə məxsus "dubaiiconiclady"
(https://www.dubaiiconiclady.com/2020/08/24/111941) xəbər portallarında nəşr edilib.
Şərqşünas alimlərin hazırladığı məqalə həmçinin Misir Ərəb Respublikasının məşhur xəbər portalı "əl-Diplomasi"də (https://www.aldiplomasy.com/?p=96728)"Azərbaycanın enerji diplomatiyası dünyanın diqqət mərkəzində" başlığı altında nəşr edilmişdir. Məqalədə azərbaycanlı mütəxəssislər "Əsrin müqaviləsi", "Tanap" və "Tap" layihələri haqqında ətraflı məlumat vermiş və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rolundan söhbət açmışdır.
O cümlədən, məqalə Misir Ərəb Respublikasının digər xəbər portalı "Şəbab ən-Nil" də (http://www.shbabalnil.com/%d8%ae%d8%a8%d9%8a%d8%b1%d8%a7%d9%86-%d9%8a%d9%83%d8%b4%d9%81%d8%a7%d9%86-%d9%82%d8%b5%d8%a9-%d8%b5%d8%b9%d9%88%d8%af-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%88%d8%aa%d8%ad%d9%88%d9%84/)
"Azərbaycanın yüksəlişi və enerji sahəsində regional mərkəzə çevrilməsi" başlığı ilə nəşr olunmuşdur. Məqalədə Azərbaycanın neft və qaz strategiyasında ümumilli lider Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi addımlardan və neft və qaz sektorunun inkişafında oynadığı roldan söhbət açılmışdır. Bundan başqa mütəxəssislərimizin yazdığı məqalə Misir Ərəb Respublikasının "əl-Daulə" (http://www.aldawlanews.com/archives/673363), həmçinin "əl-Vəsilə" (http://www.alwasela.com/726691) xəbər portallarında da nəşr edilib.
Məqalə digər İordaniya Haşimilər Krallığının məşhur "Neyruz" (https://www.nayrouz.com/post.php?id=164721#.XzbbieX5ICk.whatsapp) xəbər agentliyində də nəşr edilmişdir. Gənc alimlərimizin hazırladığı məqalə Ərəb oxucuları tərəfindən rəğbətlə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB