"Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda məhz belə tanınır - "Xeyirxahlıq və mərhəmətin simvolu". Əlbəttə bu xanım Mehriban Əliyevanın həyat fəlsəfəsi, ilahinin ona bəxş etdiyi şərəfli missiyasıdır. Azərbaycan qadınının ümumiləşdirilmiş simvolu Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyeva bu gün dünya miqyasında Azərbaycan qadınının ən layiqli simvoluna çevrilib, Azərbaycan həm də Mehriban xanımın simvolunda öz layiqli yerini tapıb". Bunu SİA-ya açıqlamasına Milli Məclisin üzvü İlham Məmmədov deyib.
Onun sözlərinə görə, Şərqlə Qərbi birləşdirən Azərbaycan milli mənəvi dəyərlərini irsini qorunaraq saxlanması və dünyaya ən yüksək səviyyədə təqdim olunması sahəsindəki fəaliyyəti isə elə milli irsimiz, milli dəyərimiz kimi tarixin yaddaşında əbədi qalacaqdır: "Çünki bu Mehriban xanımın həyat yoludur. Bu gün ən yüksək dövlət postunda da yorulmadan çalışan Mehriban xanım ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqın dərin rəğbətini və sevgisini qazanıb. Mehriban xanımın çoxşaxəli fəaliyyəti məhz Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir. Onun yüksək təşkilatçılığı sayəsində ölkəmizdə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın reallıqlarının təbliği baxımından müstəsna xüsusi əhəmiyyətə malikdir".
İ.Məmmədov vurğulayıb ki, Mehriban xanım fəaliyyətində sosial məsələlərin həllinə xususi diqqət yetirir, xüsusən də aztəminatlı ailələrin problemlərinin həllinə daha həssas yanaşır: "Məhz buna görə də, birinci vitse-prezident kimi Mehriban xanımın ilk təşəbbüsü də Bakı və Sumqayıt səhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün yaşayış binalarının tikilməsinə verdiyi göstəriş olub. Xalqımızın dərin sevgisini qazanmış Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu gün ad günüdür. Hər zaman möhtərəm prezidentimiz cənab İlham Əliyevin yanında olaraq doğma Azərbaycanımızın inkişafı naminə xidmət edən Mehriban xanımı təbrik edir, Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB