Müxalifət Qərbdə anti-Azərbaycan şəbəkəsinə xidmət edir RƏY-ÖZƏL

Müxalifət Qərbdə anti-Azərbaycan şəbəkəsinə xidmət edir RƏY-ÖZƏL

Müxalifət düşərgəsində, mövcud anormal mühitin özəlliklərindən biri də, müxalifət qüsurlu fəaliyyətlərinə görə, tutduqları vəzifədən uzaqlaşdırılan şəxslərə qucaq açır və onları öz sıralarına qəbul edirlər. Hətta müəyyən sahələrdə təxribatlar aparmaq üçün onlara sahələr ayırırlar. Misal olaraq Gültəkin Hacıbəylinin, Əli İnsanovun və digərlərinin müxaliflərlə əlaqələr qurmalarını göstərmək olar. "Yurddaş" Partiyasının sədri Mayis Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, özlərinin anormal siyasətləri səbəbindən uzun illərdir iqtidar tərəfindən görülən işlərə böhtan atmaqla, qara yaxmaqla, qara piar kampaniyası aparmaqla məşğul olan radikal müxalifət bununla da cəmiyyətdə özlərinə nifrət qazanıblar: "Bugünkü reallıq ondan ibarətdir ki, müxalifət düşərgəsini təmsil edən şəxslər ancaq öz maraqları üçün çalışırlar və Qərbdə fəaliyyət göstərən anti-Azərbaycan şəbəkəsinə xidmət edirlər. Bu baxımdan, onlar Azərbaycan xalqının maraqlarını ifadə edə bilmirlər. Azərbaycan xalqının maraqlarının ifadəsi olmadıqlarına görə də, ölkədə keçirilən bütün seçkiləri də uduza-uduza gəlirlər. Bu baxımdan, onlar artıq siyasi arenanı tərk etməklə üzləşiblər".

M.Səfərli bildirdi ki, meydanda tək qaldıqlarını görən radikal müxalif qüvvələr hakimiyyətdən uzaqlaşdırılan, xüsusilə də korrupsiyada, rüşvətxorluqda, vəzifə cinayətlərində ittiham olunan, həbsə düşən və sonradan həbsdən çıxan şəxslərə qucaq açırlar: "Yəni müxalifət qüsurlu fəaliyyətlərinə görə, tutduqları vəzifədən uzaqlaşdırılan şəxslərə qucaq açır və onları öz sıralarına qəbul etmədilər. Suda boğulan saman çöpündən yapışdığı kimi, onlar da hər hansı belə bir adama böyük məmnuniyyətlə qucaq açırlar. Amma bütün bunlar əbəsdir. Belə qüvvələrin də Azərbaycanda heç bir sözünün çəkisi, hörməti yoxdur. Sadəcə olaraq, bir müddət gündəmdə qalmaq üçün bu üsullardan istifadə edirlər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə