"Ermənilərin gücü yalnız mülki əhaliyə çatır" ÖZƏL-MÜNASİBƏT

"Ermənilərin gücü yalnız mülki əhaliyə çatır" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Ermənistanın Azərbaycana qarşı terror və diversiya fəaliyyəti həyata keçirməsi illərlə davam edir. Son 2016-cı ilin Aprel döyüşlərindən sonra böyük məğlubiyyətə düçar olan Ermənistan bunun qısasını almaq və “inamı” bərpa etmək üçün müxtəlif diversiya, terror vasitələri həyata keçirir. Təbii ki, hər zaman da bunun qarşısı qətiyyətlə alınıb. Onlar son Tovuz hadisələrində də böyük itki veriblər". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.

Hərbi ekspertin sözlərinə görə, bu gün Ermənistanın daxilində də vəziyyət həddindən artıq çox acınacaqlıdır: "Bütün sahələrdə vəziyyət ağırdır. Həmçinin köhnə “klanla” yeni “klan” arasında mübarizə həddindən artıq dərinləşib. Biz yaxın vaxtlarda Ermənistanda hakimiyyət böhranı, daha sonra dövlət böhranının şahidi olacayıq. Paşinyan da diqqəti yayındırmaq üçün müxtəlif bu cür vəziyyətdən çıxış edir və daxildəki iqtisadi-siyasi böhranı müharibə müstəvisinə keçirmək istəyir. Ermənistanın hərbi rəhbərliyi yaxşı bilir ki, o, Azərbaycan ordusunun qarşısında acizdir. Amma onlar pis seçimdən birini seçirlər. Ermənistanda iqtisadi böhran, işsizlik o hala gəlib çatıb ki, Paşinyanın istefası tələb olunur. Ona görə də Paşinyan daxildəki vəziyyəti yayındırmaq üçün məcbur olub bu seçimi həyata keçirir. Bunun da qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınır.

Bu yaxınlarda yəni avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülüb. Ermənilərin gücü hər zaman mülki əhaliyə çatıb. Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri Rusiya, ABŞ, Fransa bu məsələyə hələ də ikili standartlardan yanaşır və konkret mövqe bildirmirlər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə